Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə39/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   35   36   37   38   39   40   41   42   ...   321
– 
ağırlıqdır, daş 

sərtlikdir, daş 

soyuq-
luqdur. Daşın ayağa dəyməsi (ayağına daş dəyməsin) başa 
düşməsi (başına daş düşsün), daşın daş bərkliyi, daş susması 
var (Daşa döndü bir kəlmə danışmadı). Əgər bir ömür mənə bu 
qədər daş atıbsa, onu yas kimi necə yaşamaq olar?! Elə indi də, 
dünən də, yəqin ki, sabah da belə olacaq 

bu qismətdən qaç-
maqmı olar?! 
Lakin daş təkcə mənfilik mücəssəməsi deyil. Daşın daş 
qiymətləri var 

«Daşı daş görən yanıldı». Bəlkə yaşım üstdə 


Seçilmiş əsərləri X 
151 
yaş kimi yox, daş kimi yağan illər məni öz qiymətli daş-qaşı ilə 

söz inciləri ilə mükafatlandırıb. Bəs onda niyə «İt günü?!» 
Əlbəttə cəfasız, əziyyətsiz, əzabsız heç nə əldə edilmir. Bəzən 
bu əzabları ayrı cür adlandıra da bilmirsən. Şeirlərimdə bu 
əzab-əziyyətin ifadəsi boldur. Yazmaq mənim üçün əziyyət 
deyil, çünki mətn mənə göylərdən hazır enir. Əzab yazmamaq, 
yazmağa vaxt tapmamaqdadır. Bəzən bədii yaradıcılıqdan uzaq 
işlərlə elə yüklənirsən ki, poeziyaya bir də qayıda biləcəyinə 
inanmırsan. Bax, belə günlər mənim üçün it günü kimi bir 
şeydir. Amma bu, hələ hamısı deyil. Axı mən həyatın iç üzünü 
araşdırıram. Orda gördüklərim, duyduqlarım mənim varlığım-
dan öz şəxsi ağrılarım kimi keçir. Xüsusən, haqsızlıq görəndə 
özümü ələ ala bilmirəm. Mənim içərimdə məni didib-parçala-
yan bir eneryi zəncir gəmirir. Bax, it günüm budur. Belə vaxtda 
doğulan şeirdə daha nədən danışmıram, nəyə üsyan etmirəm?! 
Həmin şeir də belə bir ovqatın nəticəsidir. Bəli, yenə də «İllər 
yaşım üstdə gəlmir yaş kimi». Əgər gələn sabah, gələn Yeni il 
sənə heç nə vəd etmirsə, bu, şübhəsiz ki, belə olacaq. 
Əlbəttə, söhbət ancaq şəxsi işlərdən getmir. İşğal altında 
inləyən torpaqlar, atəşkəs dövründə oturduğu səngərdəcə düş-
mən gülləsinə hədəf olan fidan balalar, dünyanı ağzına alan 
zorakılıq, təbii fəlakətlər… Bunların hamısı mənim yaşadığım 
dövrün, zamanın ab-havasıdır, ovqatıdır. Şeir isə olanların po-
etik ifadəsidir. Şair özünü zamandan, məkandan təcrid edə 
bilməz. 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin