Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə42/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   38   39   40   41   42   43   44   45   ...   321
Firuzə Məmmədli 
154 
Hazırda mövcud poetik aləmin Rəsul Rzası, Əli Kərimi, 
Məmməd Arazı yoxdur. Xüsusən gerçəkliyin poetik ifadəsində 
Rəsul Rza ədəbi nüfuzu çatışmır. 
Poeziyamızda üslub rəngarəngliyi var. Poetik deyim tər-
zində axtarışlar da yaxşı təsir bağışlayır. Amma parnoqrafik 
poeziyanı qəbul edə bilmirəm. Sensasiya, piar təbliğat və s. na-
minə sənət arenasının zibillənməsinə haqq qazandırmaq olmur. 
Ən parlaq şan-şöhrətin özü də müəllifin özü ilə bərabər ölüb 
gedəndir. Qalan ancaq sənətdir, şairsənsə, sənin poeziyan var 
və əsil şan-şöhrəti də sənə o gətirəcək, ola bilsin ki, səndən əlli 
il sonra, yüz il sonra… 
– Yaradıcılığa baĢlarkən Ģeirlərinizi kimin üçün yaz-
mısınız? Kimə ünvanlamısınız? 

İlk şeirimi anamın vəfatına yazmışam (1952-ci ildə). 
İkinci şeirim 1953-cü ildə Stalinin ölümünə həsr olunub. 13 
bəndlik bir şeir idi. İkicə misra qalıb yadımda. O vaxt uşaq idik 
və rəhbəri hamıdan ucada görməyi öyrətmişdilər bizə. 
Müəllimlərimə, sənət adamlarına, yaxınlarıma həsr etdi-
yim şeirlər «Seçilmiş əsərləri»min 2-ci cildində «Ulularım, 
əzizlərim, yaxınlarım» bölməsində verilib. Lakin bunlar yara-
dıcılığımın kiçik bir hissəsini təşkil edir. Bu mövzu müxtəlif 
istiqamətlərdə işlənə bilər. Lakin insan, onun problemləri, ətra-
fında baş verənlər və s. məni daha çox cəlb edir. Yaradıcılığı-
mın baş qəhrəmanı böyük hərflərlə insandır. 
– Mənim fikrimcə, həvəskar Ģair, həvəskar bəstəkar 
ifadələri olduğu kimi, həvəskar tənqidçi ifadəsi də mövcud-
dur. Yəni ədəbiyyatĢünaslıqdan xəbəri belə olmayan bəzi 
insanlar əlinə qələm alıb, tənqid yazmaq fikrinə düĢür və 
sensasiya yaradır. Ədəbi tənqid barədə fikrinizi bilmək is-
tərdim. Hansı tənqidi orijinal hesab edirsiniz? Bəlkə tən-
qidi heç qəbul etmirsiniz? 

Mən bu fikirdə deyiləm ki, həvəskar şair, həvəskar tən-
qidçi ola bilər. Həvəskarlıq əl işidir. Peşə ilə bağlı məsələdir. 
Peşəkar ola bilməyən həvəskar mərhələsində ilişib qalır. Təfək-



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin