Фирузя мяммядли


– Son kitabınız nə vaxt çıxıb? Kitabınızın sizə bəxĢ et-



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə50/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   46   47   48   49   50   51   52   53   ...   321
– Son kitabınız nə vaxt çıxıb? Kitabınızın sizə bəxĢ et-
diyi sevinci nəylə müqayisə edərdiniz? 
– Son kitabım 1999-cu ildə çap olunub. 15 çap vərəqindən 
ibarət olub. «Məni mənlə bölən dünya» adlanır. Kitabın gətir-
diyi sevinci nə ilə müqayisə edə bilərəm? Zənnimcə, heç nə ilə. 
Əslinə qalsa bu nə sevinc idi, nə kədər. Bu narahatçılıq idi, ni-
garançılıq idi. Kitabın nəşrində texniki qüsurlar çox idi. Bu da 
əsəbilik yaradırdı. Kitabda gedən şeirlərin necə qarşılanacağı 
idi məni nigaran qoyan. Kitab yaxşı qarşılandı. Təbliğ olundu, 
Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda 


Seçilmiş əsərləri X 
163 
görkəmli ədəbiyyatşünas alimlərin iştirakı ilə müzakirə olundu, 
öz layiqli qiymətini aldı, müəllifinə başucalığı gətirdi. Lakin bu 
sevinc idimi? Əgər sevinc idisə, gecikmiş sevinc idi. Çünki bu 
sevinci mənə eyni dərəcədə 70-ci illərdə də, 80-ci illərdə də ve-
rə bilərdilər. Axı indi xırdaca bir kitabın iri-iri təriflənmələri, 
gurultulu təqdimat mərasimləri, daha nələr-nələr dəbdədir. 
Mənim isə bu, sayca 6-cı şeir kitabım idi. Sağ olsunlar ki, indi 
də olsa, bu müqayisəsiz sevinci məndən əsirgəmədilər. 
– Oxuculanırızdan gözlədiyiniz ən böyük sürpriz nə-
dir? 
– «Sürpriz» elə gözlənilmədiyi üçün sürprizdir. Əslinə 
qalsa, mən oxuculardan heç bir sürpriz gözləmirəm. Lakin onla-
rın şeirlərimə münasibəti mənim üçün sürpriz olur. Ouxucuları-
mızdan razıyam. Onlar məni duyur, dərdlərimiə şərik olur, fi-
kirlərimi alqışlayırlar. 
Şeir xüsusi dildir. Nəsiminin təbirincə desək, «Bu quş 
dilidir. Bunu Süleyman bilir ancaq». «Bu quş dilini» bilən «Sü-
leymanlarımız» isə çox azdır. Yəni indi oxucularda «quş dili» 
öyrənməyə və ya poeziyanın bədii-estetik kodlarının, sətiraltı 
mənalarının yozumuna hövsələ də çatmır. Bax, bəla da elə 
buradan başlayır. Yəni bu gün biz daha kütləvi şəkildə savadlı 
oxucu iddiasında ola bilmərik. Belə olanda şair özü savadsız 
oxucu səviyyəsinə enir, ya da elitar şair olaraq geniş oxucu 
kütləsi qazana bilmir. 
Odur ki, «boz ədəbiyyat» belə sürətlə artıb-çoxalır və çox 
təbiidir ki, belə ədəbiyyatın bazarı da həmişə açıq olur. 
İradə Xanım 
«Ulus» qəzeti, 13 dekabr, 2000-ci il. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin