Seçilmiş əsərləri X
161
mənasızdır. Lakin gözəl bədii sənət nümunələrimiz də yaran-
maqdadır. Belə sənət əsərlərinin müəlliflərinə yaşlı
nəslin nü-
mayəndələri arasında daha çox rast gəlirik. O ki qaldı hazırkı
ədəbi gəncliyə, bu barədə də ümidsiz deyiləm. Gənclər sırasın-
da güclü poetik istedada malik şairlərimiz vardır ki, milli poezi-
yamızın yeni əsri onların çiynində dayanacaq. Lakin gənclərin
poetik nəfəsində «dünya standartlarına» uyğunlaşmanı qərəzli
meyl və milli bədii söz sənətimiz üçün yad nəfəs hesab edirəm.
Axı Füzulini dünya məhz dilinə, üslubuna, bədii fikir yozumu-
na görə dahi Azərbaycan şairi kimi tanıyır və qəbul edir. Mən
bu fikirdəyəm ki, Azərbaycan şeiri
həm üslub rəngarəngliyinə
görə, həm dil oynaqlığına görə, həm fikrin bədii ifadə tərzinə
görə, həm də fəlsəfi və məntiqi axarına
görə dünya poeziya-
sında ən orijinal və ən sayğılı yerlərdən birini tutur. Özümüzdən
öyrənib, özümüzü təbliğ etsək, vətən və xalq üçün daha faydalı
iş görmüş olarıq. Unutmaq olmaz ki,
ən byöük bəşərilik elə
millilikdən başlayır.
– ġeirlərinizi isti-isti çap etdirirsiniz, ya onları soyut-
Dostları ilə paylaş: