Firuzə Məmmədli
162
– Şeir mənə nə vermədi? Bu barədə düşünmək daha asan-
dır. Əslinə qalsa, mən şeirin mənə nə verməsi yox, mənim şeirə
nə verməyim barəsində düşünmək istərdim. Həmişə bu fikirdə
olmuşam ki, şair, söz adamı bağlı olduğu sənətin zənginləşmə-
sinə, kamilləşməsinə, poetik səviyyə etibarilə daha yüksək zir-
vədə durmasına xidmət etməlidir. Yalnız belə şəxsiyyətlərin sə-
nətdə yeri görünür və yalnız belə şəxsiyyətlər tarixin yaddaşına
həkk olunur. Azərbaycan bədii fikrinin klassikləri Nizami Gən-
cəvi, İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli, M.P.Vaqif, M.V.Vidadidən
tutmuş üzübəri son yüzillikdə yazıb-yaratmış şairlərimizin yara-
dıcılıq yolu təlqin edir bu fikri mənə. «Mən şeirə nə verdim, nə
verə bilərdim» kimi düşüncələr məni bir an da rahat buraxmır.
Elə bu düşüncələrin açdığı şeir cığırıdır ki, mən respublikamız-
dan uzaqlarda az-çox tanına bilmişəm. 1992-ci ildə Türkiyənin
Bursa şəhərində keçirilən «Beynəlxalq poeziya festivalında»
baş mükafata («Əlişir Nəvai») layiq görülmüşəm. Şeirlərimdən
nümunələr Amerikada, Türkiyədə, İranda, Rusiyada, Özbəkis-
tanda və s. çap olunub. Görkəmli söz adamları, tanınmış tənqid-
çilər yaradıcılığım haqqında yüksək fikirlər söyləyib. Başa vur-
maqda olduğumuz 2000-ci ildə Azərbaycan Yazıçılar Birliyinin
keçirdiyi ən yaxşı silsilə şeirlər müsabiqəsinin qalibi kimi «İ.İs-
mayılzadə adına» mükafata layiq görülmüşəm. Və bir də şeir
mənə bitib-tükənməyən bir narahatlıq və ağrılı-acılı bir tənhalıq
verib ki, bu ağrıdan, bu əzabdan da özü doğulur.
Dostları ilə paylaş: