Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə51/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   47   48   49   50   51   52   53   54   ...   321
Firuzə Məmmədli 
164 
 
 
 
 
 
 
 
 
 
 
 


r

ç
 
 


Seçilmiş əsərləri X 
165 
 
 
 DOĞMA TORPAQ KĠMĠ 
 
Azərbaycan poeziyasının iki əsri qovuşduran görkəmli 
nümayəndələrindən biri də xalq şairi Fikrət Qocadır. Poeziya 
tariximizdə o, incə ruhlu lirik şair olmaqla, mənəvi və əxlaqi 
dəyərlərimizin yüksək poetik ifadəsini verən, orijinal düşüncə 
tərzində həmişə bədii-estetik tapıntıları ilə seçilən bir sənətkar 
kimi tanınmışdır. 
F.Qocanın ictimai motivli şeirlərinin baş mövzusu onun 
doğulub boya-başa çatdığı, şair ömrü ilə süsləndirdiyi vətəni 
Azərbaycan torpağıdır. Doğma yurdunu qarış-qarış gəzən şair 
qədəm qoyduğu hər eldə, hər obada vətən torpağını, doğma 
yurduna, el-obasına məhəbbətini poetik deyimin min-bir çaları 
ilə rövnəqləndirmişdir. Şairin yurd sevgisinin, vətən məhəbbə-
tinin poetik ifadəsi olan bənzərsiz poeziya inciləri Azərbaycan 
poeziyasının vətəndaşlıq mövqeyindən ifadə imkanlarını 
zənginləşdirmişdir. 
Fikrət Qocanın lirik təhkiyəyə əsaslanan şeirlərində tərən-
nüm güclüdür. Bəzən şair təsvir etdiyi yerlərin toponimik eti-
mologiyasını da açıqlayır. «Kotanarxı» şeiri də bu qəbildəndir. 
Bu şeir «Kotanarxı» adının kəndə verilməsi səbəblərini açıqla-
maqla toponimik analizi poetik informasiya müstəvisində təq-
dim edir. Şair susuz bir yerdə kənd salınması ilə ilk əvvəl orada 
yaşayanların təşvişini təsvir edir. Zaman keçdikdən sonra kən-
də kotanla su arxı çəkilməsi, kəndin adının da bu hadisə ilə 
bağlı olması ustad şairin bədii təqdimatı ilə bəlirlənir. 
Axır ki, bu kəndə 
Kotanla arx çəkdilər. 
Su da gəldi bir səhər. 
Gələn bu lilli suyun
Bu şirin dilli suyun 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin