Firuzə Məmmədli 176
V.Yusifli Azərbaycan poeziyasında realist mərhələnin
davamçıları kimi M.Rəfilini, S.Rüstəmi, S.Vurğunu, M.Arifi,
R.Rzanı, Ə.Cəmili, O.Sarıvəllini, N.Xəzrini, B.Vahabzadəni,
C.Hovruzu, F.Qocanı və bir çox görkəmli poeziya korifeylərini
göstərir. Müəllif Azərbaycan poeziyasında novatorluq məsələ-
sindən danışarkən özünəqədərki bir çox tənqidçi ədəbiyyatşü-
nasların – Ş.Salmanov, H.Zeynallı, Ə.Ağayev, M.Cəfər, A.Ab-
dullazadə, Y.Qarayev, A.Məmmədov kimi sənətkarların fi-
kirlərinə istinad edir, onların məhz bu məsələ ilə əlaqədar təd-
qiqatlarını elmi ardıcıllıqla fikir süzgəcindən keçirir.
Monoqrafiyanın bu fəslində ən diqqət çəkən məqamlar-
dan biri də 60-70-ci illər poeziyasında baş verən ədəbi ınübahi-
sələrlə bağlıdır. Poeziyamızın bu mərhələsinin təhlilində məhz
novator yaradıcılığı ilə seçilən şairlərmizin bəzi ifrat, əslində
ədəbi tənqiddən uzaq tənqidçilərin yanlış baxış bucağından tən-
qid atəşinə tutulması işıqlandırılır. Müəllif yazır: "Etiraf etmək
lazımdır ki, yetmişinci illər Azərbaycan ədəbi-tənqidini Asif
Əfəndiyevin tənqidi məqalələri olmadan təsəvvür etmək müm-
kün deyil. Bununla yanaşı, A.Əfəndiyevin bir çox tənqidi mə-
qalələrində sırf subyektiv məqamlar, fəlsəfəyə uymaq, ibarəçi-
liyə meyl etmək halları da özünü göstərirdi. Dünya ədəbiyya-
tına, xüsusilə poeziyasına yaxşı bələd olan A.Əfəndiyev bəzən
Azərbaycan poeziyasının XX əsrdəki nailiyyətlərini inkar edir,
yeniliyi, novatorluğu düzgün qiymətləndirə bilmirdi. Tənqidçi-
nin ən böyük qüsuru onda idi ki, o, təhlil etdiyi bədii əsərlərə
fəlsəfənin qanunları ilə yanaşır və buna görə də xeyli müba-
hisəli məqamlara yol açırdı. Belə ki, K.Marksın, yaxud Leninin
fəlsəfi fikirlərini R.Rza, F.Qoca, İ.İsmayılzadə poeziyasına tət-
biq edəndə gülünc bir vəziyyət yaranırdı. İkinci bir qüsuru isə
onda idi ki, A.Əfəndiyev istisnasız olaraq bütün bədii əsərlərə
sosializm realizmi prinsiplərindən yanaşırdı. 60-70-ci illərdə
isə sosializm realizmi "aşağı enmə" mərhələsini yaşayırdı".
Azərbaycan ədəbiyyatının bilicisi vətənpərvər bir tədqi-
qatçı V.Yusifli uzun zaman Azərbaycan poeziyasına sağalmaz