Seçilmiş əsərləri X 173
ġAĠRĠN SÖZÜ, TƏNQĠDĠN GÖZÜ V.Yusifli. Poeziyanın yolları və illəri, (1960-2000-ci illər), Bakı, 2009 Dilimizin tarixi inkişaf yolunu bir tam halında özündə
maddiləşdirən Azərbaycan poeziyasının inkişaf yolu uzun və
keşməkeşli olmuşdur. Əgər söz sənətkarları poeziyanın birbaşa
yaradıcılarıdırsa, ədəbi tənqid, şairlərin yaradıcılıq axtarışlarını
araşdıran, ideya istiqamətlərini müəyyənləşdirən ədəbi tənqid-
çilər poeziyanın hərəkətverici qüvvəsi hesab edilməlidir. Ta-
nınmış tənqidçi-ədəbiyyatşünas Vaqif Yusiflinin bu yaxınlarda
işıq üzü görən "Poeziyanın yolları və illəri (1960-2000-ci il-
lər)" adlı monoqrafiyası Azərbaycan poeziyasının qırx illik bir
dövrünü əhatə edir. On fəsil və bir neçə bölmədən ibarət olan
bu monoqrafiyada müasir Azərbaycan poeziyasının təxminən
yarım əsrlik bir dövrü tədqiqata cəlb olunmuşdur. Bir-birindən
maraqlı və elmi faktlara söykənən monoqrafiyanın birinci fəsli-
ni müəllif 1960-2000-ci illər Azərbaycan poeziyasında ənənə
və novatorluq probleminin araşdırılmasına həsr etmişdir. Mə-
lumdur ki, ənənə və novatorluq qütbləşməsinin özü bu iki an-
layışın bütövlükdə mövcudluğunun təminatçısıdır. Yəni, ənənə
novatorluğun məhək daşı, özülü, dayaq nöqtəsi olduğu kimi,
novatorluq da özünün yenilik təzahürlərini ənənə ilə tutuşdur-
maqda aşkarlayır. Ənənəyə laqeydlik özünü varislik hüququn-
dan məhrumetmədir. Ənənə novatorluğun eneji mənbəyi, mə-
kan durumunda zaman istiqmətidir. Eyni zamanda novatorluq-
dan məhrum ənənə də mövcud deyil. Ən ipə-sapa yatmayan
novatorluq özünün müəyyən zaman kəsiyində ənənəyə çevrilə
bilər. Əgər o, özündən əvvəlki ənənəvi kökündən pöhrələnibsə.
Elə bu məqamda qeyd etməliyik ki, müəllifin bu iki mə-
sələyə münasibəti anlayışların bir-birini işıqlandırması mövqe-