Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə64/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   60   61   62   63   64   65   66   67   ...   321
Seçilmiş əsərləri X 
181 
hissi keçirdiyindən söz açır, "dayağımdır, bayrağımdır, varlı-
ğımdır türklüyümüz" deyirdi". 
V.Yusifli dövrün siyasi ab-havasının Xəlil Rza yaradıcılı-
ğından da yan keçmədiyini göstərir. Şairin yazdığı "Yes takaya 
partiya" şeirində Sovet hakimiyyətinin qurucusu Lenini vəsf et-
məsini təbii sayır. Müəllif məsələyə bu prizmadan yanaşmaqda 
bir daha sübut edir ki, nə və necə yazılmasından asılı olmaya-
raq, bu əsərlər milli poeziyamızın, milli təfəkürümüzün məhsu-
ludur. 
Qeyd etmək lazımdır ki, müəllif bu fəsildə azərbaycançı-
lıq, türkçülük, azadlıq ideyalarının poeziyamızda təcəssümünü 
məhz bu dövrlə bağlayır. 
Altıncı fəsil "Vətənpərvərlik lirikası", "Təbiət lirikası", 
"Təbiət-insan, təbiət-cəmiyyət problemlərinin poeziyada əksi", 
"Sevgi lirikası" kimi bir-birindən rəngarəng, ardıcıl, ədəbiyyat-
şünasların diqqətini cəlb edən mövzularla daha da dolğunlaşır. 
Xüsusilə "Sevgi lirikası" mövzusu orijinal şəkildə təqdim olu-
nur. Həqiqətən də tənqidçilər, oxucular nə qədər qəribə olsa da, 
"XXI əsrdə sevgi varmı?" sualını verirlər. V.Yusifli isə öz təd-
qiqatında təkcə sevgi mövzusunda yazılmış poeziya nümunə-
lərinin mövzu və ifadə yozumunu tədqiq etməklə keçməmiş
eyni zamanda "sevgi"yə çox orijinal tərif vermişdir: "Ancaq bu 
gün Sevgi daha geniş anlamları ifadə edir, sevgi insanın özünü 
dərk etməsi, durulması, daxilən yeniləşməsi, zənginləşməsi de-
məkdir, sevgi Həqiqətdir, Vicdandır, Xoşbəxtlikdir, sevgi ağıl-
la ürəyin vəhdətidir, daha doğrusu, "Ağıllı ürək”dir. Yəni, onu 
təkcə intim, erotik bir hiss, duyğu kimi qavramaq olmaz .” 
Göründüyü kimi, V.Yusifli məhz qeyd etdiyi sevgidən 
bəhs edən poetik nümunələri araşdırmış və bu nümunələr içə-
risində "Sevgi ilə poeziyanın vəhdəti", "Sevginin öz obrazı", 
"Yaşayan sevgi", "Həsrət obrazı" nüanslarını diqqətə çatdırmış-
dır. O, bu mövzu ilə əlaqədar araşdırma apardıqca müraciət et-
diyi sənətkarların da sırası genişlənir. Bu şairlər arasında Azər-
baycan poeziyasında eşqin, məhəbbətin ən böyük tərənnüm-



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin