Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə63/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   59   60   61   62   63   64   65   66   ...   321
Firuzə Məmmədli 
180 
Şəkər Aslan, Əşrəf Veysəlli, Ağa Laçınlı, Ayaz Vəfalı, Abbas 
Abdulla yaradıcılığından da söz açılır. 
V.Yusifli beşinci fəsli aşağıdakı notlarla bitirir: "Fərdi 
poetik üslub məsələsi ilə bağlı mülahizələrimizi yekunlaşdırıb 
belə bir qənaətə gələ bilərik ki, bu məsələ poeziyada NOVA-
TORLUQLA sıx ilgilidir. Çünki novatorluq hər bir sənətkarın 
poeziyada özünü necə təsdiq etməsinin real təcəssümüdür. 
V.Yusiflinin monoqrafiyasını nəzərdən keçirdikdə bir 
nüansın şahidi olursan: o, yarıməsrlik poeziya tariximizi elə 
tədqiq edib ki, tədqiqata cəlb olunmamış heç bir ədəbi metod 
kənarda qalmayıb. Müəllifin altıncı fəsli "Poeziyada ənənəvi 
mövzulara yeni baxış" adlandırması da təsadüfi deyil. O, bu fə-
sildə 60-80-ci illərdə poeziyamızda mövcud olan siyasi lirikanı 
zərgər dəqiqliyi ilə tədqiqata cəlb edib. 
Tədqiqat aparan zaman müəllif dövrün aparıcı şairlərinə – 
S.Rüstəm, R.Rza, X.Rza Ulutürk, Cənubdan gələn şairlər 
B.Azəroğlu, S.Tahir, Ə.Tudə, M.Gülgün, H.Bülluri və onların 
yaradıcılığına olduqca obyektiv yanaşır. Onların siyasi lirika-
sını həm sənətkarlıq baxımından, həm də ideya-məzmun tərə-
findən yüksək qiymətləndirir. Müəllif həmin şairlərin bu gün 
qəbul olunmayan, idealoji baxımdan yaşadıqları dövrün siyasi 
iqlimini təbliğ edən şeirlərini də tədqiqatdan kənarda qoyma-
mağı tövsiyə edir. Bununla yanaşı, adı çəkilən şairlərin vətən-
pərvərlik ruhunda yazılmış şeirlərinin poeziyamız üçün önəmli 
səciyyə daşıdığını vurğulayır. 
Fəslin ən maraqlı məqamlanndan biri də budur ki, V.Yu-
sifli 60-80-ci illər poeziyasında apardığı dərin araşdırmalar nə-
ticəsində siyasi lirikanın mövzu dairəsinin genişlənməsini mü-
şahidə edə bilmişdir. O, yazır: “Yetmiş-səksəninci illərdə siyasi 
lirikanın mövzu dairəsi də genişlənmişdir. Azərbaycanın bir-
liyi, bütövlüyü, müstəqilliyi və azadlığı ideyası ilə yanaşı, tu-
rançılıq və türkçülüyün təbliği də siyasi lirikada aparıcı motiv-
lərdən birinə çevrilməkdə idi. Bu sahədə yenə Xəlil Rza öndə 
idi: "Nə yaxşı ki..." şeirində o, türk olduğuna görə böyük qürur 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin