Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə65/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   61   62   63   64   65   66   67   68   ...   321
Firuzə Məmmədli 
182 
çüsü M.Füzuli hamıdan əvvəl gəlir. Sonrakı yerlərdə həm to-
xunduqları mövzuya münasibətləri baxımından, həm də yaşa-
yıb-yaratdıqları zamana görə Vaqif, Məbi Xəzri, Bəxtiyar Va-
habzadə, Əli Kərim, Nəriman Həsənzadə, Fikrət Qoca, Ramiz 
Rövşən, Cabir Novruz, Musa Yaqub, Məmməd İsmayıl, Firuzə 
Məmmədli, Səyavuş Sərxanlı, Vahid Əziz, Musa Ələkbərli, 
Məmməd İbrahim, Zirəddin Qafarlının sevgi məzmunlu şeirləri 
tədqiqata cəlb edilir. Müəllif bacardıqca, obyektivlik baxımından 
Azərbaycan poeziyasında sevgi mövzusunda yazmış bütün şair-
lərin adını çəkməyə çalışır. Bu da öz növbəsində tədqiqatçının 
mövzunu daha əhatəli şəkildə tədqiq etməsindən xəbər verir. 
V.Yusiflinin müəllifi olduğu bu monoqrafiyada poeziya-
mızla bağlı elə bir mövzu tapmaq olmaz ki, tədqiqatdan kənar-
da qalmış olsun 
Yeddinci fəslə diqqət yetirək: “Klassik bədii formaların 
yeni həyatı" adlı bu fəsldə Azərbaycan poeziyasında uzun müd-
dət yaşayan bədii şeir formaları və onların bədii və forma cə-
hətdən hansı dəyişikliklərə uğramasından söhbət açılır. Burada 
poeziyamızın ən qədim formalarından olan qəzəl janrının 
sadələşməsi, xəlqiləşməsi, sənətkarlar, xüsusilə də S.Rüstəm 
tərəfındən bu janra ictimai məzmunun gətirilməsindən danışı-
lır. Eyni zamanda bu janrın yeni formada bənzərsiz nümunə-
lərini yaradan Əliağa Vahıddən, Baba Pünhandan bəhs olunur. 
Müəllif məhz bu əsərində ilk dəfə olaraq Baba Punhana bir şair 
kimi ədəbi qiymət verir, şairin qəzəl janrında "Qarabağ" möv-
zusunu təqdim etməsini yüksək qiymətləndirir. "Ümumiyyətlə, 
Baba Pünhanın simasında Sabir ənənələrinin istedadlı bir da-
vamçısı yetişdi. Qəzələ satira ruhu aşılamaqla Baba Pünhan bu 
klassik janrın bir daha nəyə qadir olduğunu sübut elədi. "V.Yu-
sifli klassik qəzəl janrı ilə yanaşı, populyar janr olan qoşma 
janrının da bugünkü vəziyyətini aydınlaşdırır. Qurbani, Abbas 
Tufarqanlı, Sarı Aşıq, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı-
nın yadigarı olan qoşma janrının davamçılarının: B.Vahabzadə, 
H.Arif, M.Araz, M.İsmayıl, M.Yaqub, Z.Yaqub kimi söz us-



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin