Firuzə Məmmədli
192
MĠLLĠ VARLIĞIMIZI QORUYANLAR
Uzun bir tarixi inkişaf yolu
keçmiş Azərbaycan dilinin
müasir səviyyəsinin qorunub saxlanılması, qloballaşma şəra-
itində inkişaf istiqamətlərinin tənzimlənməsi, dünyanın ən zən-
gin dilləri sırasında yerini möhkəmləndirməsi istiqamətində
Ulu öndərimiz Heydər Əliyevin xidmətləri danılmazdır. Məhz
Ulu öndərimizin müəyyən etdiyi düzgün siyasətin nəticəsidir
ki, bu gün Onun idarəetmə və nəhəng
quruculuq işlərinin la-
yiqli davamçısı, hörmətli Prezidentimiz cənab İlham Əliyevin
doğma dilə, onun daha da inkişaf etməsinə göstərdiyi diqqət və
qayğı «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına»
dair Dövlət Proqramının təsdiqi haqqında Sərəncamda öz
ifadəsini tapdı.
Min beş yüz illik tarixi ərzində dilimiz dəfələrlə basqın-
lara məruz qalmasına baxmayaraq,
özünəməxsus sabit fonetik
tərkibi, möhkəm qrammatik quruluşu və əlbəttə ki, dil daşıyı-
cılarının zəngin yazılı və şifahi dil ənənələri sayəsində nəinki
qorunub saxlanmış, həm də ən müxtəlif üslublar üzrə zən-
ginləşmiş və sabitləşmişdir.
Təbii ki, bu prosesdə Azərbaycan ziyalıranının – klassik
bədii düşüncə sahiblərindən, filosof və qabaqcıl dünyagörüşə
malik söz adamlarımızdan,
o cümlədən, dövlətçilik ənənələ-
rimizin yaşaması və davam etdirilməsi sahəsində xalqına, onun
dilinə, dininə və mədəniyyətinə əvəzsiz xidmətlər göstərmiş
dövlət başçılarından tutmuş, XIX əsrin sonu XX əsrin əvvəl-
lərindən başlayan yeni intibah dövrü ziyalılarının
maarifçilik
fəaliyyətini, həmçinin, Sovet dönəmində Bəkir Çobanzadə və
onun yetirmələri olmuş və vaxtilə Azərbaycan dilçiliyinin dörd
sütunu adlandırılan görkəmli alimlər – M.Şirəliyevin, Ə.Də-