Firuzə Məmmədli 190
ruhu, ədəbi prosesin təhlili son nəticədə Vahid Azərbaycan
təsəvvürünün monolitləşməsi ilə başa çatdı.
Quzey Azərbaycanı ədəbiyyatının yetmiş illik inkişaf yo-
lu haqqında professor Şamil Qurbanov, professor Kamal Ab-
dullayev, İbrahim Bozyel və Yusif Gədikli məruzə ilə çıxış
etdi. Güney Azərbaycanı, onun problemləri, xüsusən buradakı
ədəbi proses barəsində Londondan gəlmiş ədəbiyyatşünas alim
və şair Həmid Nitqi məruzə etdi.
Seminardan sonrakı qısa fasilədə biz yenə müxtəlif yönlü
dərgi və qəzet müxbirləri, foto-reportyolar tərəfindən əhatə
olunduq. Əlbəttə mənim üçün çox xoş idi ki, cavan şair-müxbir
Atilla Yardıcı yenicə oxuduğum «Azərbaycan od içində»
şeirimdən iki bənd əzbər deyib, şeiri elə mənim oxuduğum an-
daca əzbərlədiyini söylədi və xahiş etdi ki, şeirin tərcüməsinə
kömək edim. Biz şeiri elə oradaca tərcümə etməli olduq.
Həmin gün şölənin müəyyən etdiyi üç böyük mükafatın –
ödüllərin təqdimi ilə başa çatdı. Bu çox təntənəli proses idi.
Ödülləri Türkiyə Başbakınlıq Başdanışimanı böyük elçisi
Namik Kamal Zeybək, Bursa valisi Necati Çətinqaya və Tür-
kiyə Yazarlar Birliyinin genəlbaşkanı Mehmət Doğan təqdim
edirdi. Namik Kamal bəy tərəfindən təqdim edilən «Ə.Nəvai»
mükafatının larueatı olmaq şərəfi mənə nəsib oldu. Qalan iki
mükafat – Yunis Əmrə və Füzuli mükafatları özbək şairi Vahid
Ernik bəyə və Qazaxıstanın xalq şairi Tımanbay əfəndiyə
təqdim edildi.
Mən bu mükafatı əlbəttə ki, təkcə öz yaradıcılığıma deyil,
bütövlükdə Azərbaycan poeziyasına verilən bir qiymət kimi
minnətdarlıqla qəbul etdim.
Şölənin bağlanışından sonra xüsusi olaraq ayrılmış rahat
avtobuslar bizi Konya şəhərinə gətirdi.
Konya. Dahi Cəlaləddin Ruminin vətəni. Konya bu bö-
yük şairi şöhrətləndirib, yoxsa o, Konyanı bu qədər əziz və
unudulmaz edib? Məlum deyil. Bu iki şöhrət bir-birini tamam-
layan, zinətləndirən bütövlük, kamillik, özümlülükdür. Şairin