Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə75/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   71   72   73   74   75   76   77   78   ...   321
Firuzə Məmmədli 
194 
problemlərinə həsr olunmuşdur. On illik zəhmətin bəhrəsi olan 
bu əsərdə müəllifin dilimizə, ədəbiyyatımıza və mədəniyyəti-
mizə həsr olunan əlliyə yaxın irihəcmli, elmi-publisistik məqa-
ləsi toplanmışdır. Əsər üç böyük bölmədən ibarətdir. «Dil mə-
sələləri» adlanan birinci bölmə «Azərbaycan dili milli varlığı-
mızdır» adlı üç məqalə ilə başlayır. Yaradıcılığını bütünlüklə 
Azərbaycan dilinin fonetikasının, leksika və qrammatikasının 
tədqiqinə həsr edən prof. B.Xəlilov müasir Azərbaycan dilinin 
müxtəlif sahələrinə aid elmi axtarışların müəllifi kimi, Azər-
baycan dilinin keçdiyi tarixi inkişaf yoluna dərindən bələd olan 
alimlərimizdəndir. Bu mənada, «Azərbaycan dili milli varlığı-
mızdır» adlı yazısı onun elmi yaradıcılığına doğma olan bir 
mövzuya – dil tarixinə həsr olunub. 
«Dilimiz varlığımızdır» adlı ikinci yazıda Azərbaycan 
dilinin saflığı uğrunda mübarizə aparan, ana dilimizin millilik 
zəminində inkişafına çalışan fədakar insanların ötən əsrin 50-ci 
illərində göstərdiyi misilsiz xidmətlərindən bəhs edilir. Müəllif 
haqlı olaraq qeyd edir ki, həmin illərdə siyasi təzyiq və təqiblə-
rə baxmayaraq, Ə.Dəmirçizadə, M.Şirəliyev, M.Hüseynzadə, 
T.Hacıyev və H.Mirzəzadənin Azərbaycan dilinin tarixi köklə-
rinin araşdırılıb öyrənilməsi, dilçiliyin qrammatika, dialektolo-
giya, leksikologiya kimi bölmələrinin araşdırılması istiqamətin-
də apardıqları elmi tədqiqatlar daim diqqət mərkəzində saxla-
nılmalıdır. Müəllif Azərbaycan dilinin qorunub saxlanılmasın-
da dilçi alimlərin yüksək rolunu xüsusi qiymətləndirməklə belə 
qənaətə gəlir ki, ifadə imkanları, leksik tərkibi, qrammatik qu-
ruluşu zəngin olan dil bütün məqamlarda daxili sabitliyi, güclü 
müqaviməti ilə seçilir. 
Azərbaycan dilini həyati dil adlandıran müəllif bu yazıda 
«Azərbaycan dili termini»nin işlədilməsi məsələsinə də prin-
sipal yanaşır. 
B.Xəlilov qədim dil materiallarını və bu sahə ilə bağlı el-
mi-tədqiqat əsərlərini saf-çürük edərək, belə bir qənaətə gəl-
mişdir ki, «Azərbaycan dili termini» ən azı 700 il bundan əvvəl 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin