Firuzə Məmmədli
196
da olacaq. Önəmli olan,
budur ki, ana dilimizi qoruyan, onun
müqəddəsliyinə kölgə salanlara qarşı amansız mübarizə aparan
dilçi alimlərimiz var. B.Xəlilov Azərbaycan dilinin saflığı uğ-
runda apardığı mübarizədə klassiklərimizin xələfi kimi çıxış
edir.
«Dilimiz varlığımızdır» məqaləsi həm də ona görə yadda
qalır ki, müəllif beynəlxalq aləmdə, o cümlədən, qonşu respub-
likalarda ana dilinə olan diqqət və qayğını həmvətənlərimizə
örnək göstərir. Həyat hadisələrindən tipik nümunələr gətirmək-
lə gənc nəslə ana dilimizlə davranmağın yollarını öyrədir. Bu
məqsədlə, bədii əsərlərdən ibrətamiz nümunələr gətirir.
Qeyd etdiyimiz kimi, dil və dilçilik məsələləri B.Xəlilov
yaradıcılığının əsas qayəsini təşkil edir. Bu mənada «Dil, ədə-
biyyat, mədəniyyət» əsərində ana
dilimizin daxili xüsusiyyət-
lərinə, inkişafına stimul verən,
dilimizin fəlsəfəsinə, ruhuna,
gözəlliyinə diqqət yetirən ziyalılarımız diqqət mərkəzindədir.
Əsərdə «Mir Cəlalın dilçilik görüşləri» adlı yazı məhz bu
məsələyə həsr olunub. Mir Cəlalın ana dilimizə, onun qorunma
və inkişaf etdirilməsindəki xidmətlərinə
xüsusi münasibət
bildirən B.Xəlilov yazır:
«Mir Cəlal bədii dilə verilən tələb-
ləri və prinsipləri dəqiq göstərir, Ģairləri, yazıçıları bədii
dilin qayda-qanunlarına əməl etmələrinə səfərbər edir, bu
iĢin nə qədər məsuliyyətli olduğunu onlara anlatmağa ça-
lıĢır. Bunu o kəslər edə bilər ki, onlar təkcə ədəbiyyat nəzə-
riyyəsini, ədəbiyyat tarixini, ədəbi tənqidi bilməklə kifayət-
Dostları ilə paylaş: