Seçilmiş əsərləri X 199
DÖVRÜMÜZÜN ADAMI Cəmiyyətdə köklü dəyişikliklər baş verirdi. Görmədiyi-
miz, dərk edə bilmədiyimiz, hələ beş il, üç il bandan əvvəl qor-
xu və dəhşət vəd edən hadisələr sırasında olan və bizə o vaxt
üçün olduqca qəribə və əcaib görünən hallar adi həyat tərzinə
çevrilməkdə idi. Küçələrə çıxıb kütlələri ardınca aparan cavan-
lar, ziyalılar və sıra adamları getdikcə çoxalmaqda idi. Bu günə
kimi filmlərdə gördüyümüz, bədii əsərlərdən oxuduğumuz
hadisələrin içində idik. İnfilyasiya, özəlləşdirmə, köhnə idarə
aparatının sındırılması, lazımsızlıq, gözdəndüşmə, göydəndüş-
mə qəhrəmanlar və s. və ilaxır çoxlarını çaş-baş qoymuşdu.
Ömrü yarım əsri haqlayanlar və keçənlər özlərini unudub,
gəncləri düşünürdü: «Necə yaşayacaqlar?! Biz cəhənnəm,
yaxşı-yaman, ömrümüzü bir təhər keçirmişik. Bəs bu həyata
yeni qədəm qoyan gənclər bu hərcmərclikdən necə baş açacaq?
Necə yaşayacaq?» Bu idi qocaları qayğılandıran...
Əziz oxucum, yaxın keçmişimizə bu ötəri ekskursum sizi
yordusa, üzürlü hesab edin. Çünki mən məhz yuxarıda sadala-
dığım müdriklərin nəzərdə tutub vaysındıqları nəslin nümayən-
dələrindən biri – şair, nasir, jurnalist, AYB Mətbuat xidmətinin
rəhbəri Xəyal Rzadan danışmaq istəyirəm. Qeybət kimi çıxma-
sın, vallah, bu cavan ziyalımıza, sənət adamımıza mənim lap
paxıllığım tutur... Onu görəndə hər dəfə üzümü «dünənə» tutub
o müdriklərdən soruşmaq istəyirəm: «Necə müdriksiniz ki, za-
manın yetişdirəcəyi belə gənclərin də olacağını əvvəlcədən du-
ya bilməmisiniz?!» Və elə buradaca yenə özümə sual verirəm:
«Bəs istedad dediyin ancaq ortaya gözəl əsər qoymaqdanmı
ibarətdir?!» Əlbəttə yox. Yaratmaq Tanrıya məxsusdur. Tanrı-
nın göndərdiyini qələmə almaq isə Tanrı tərəfindən seçilmiş-
lərin missiyasıdır. Vəssalam... Bu, məsələnin bir tərəfidir. Ən
çox üzdə olan, yəni görünən tərəfi. İstedadın tamlığı isə görün-