Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə71/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   67   68   69   70   71   72   73   74   ...   321
Seçilmiş əsərləri X 
189 
Şölənin açılışında bizim nümayəndəlikdən Məmməd 
Aslan çıxış etdi. Onun Azərbaycan xalqının istiqlaliyyət və de-
mokratiya uğrunda apardığı mübarizə, erməni quldurlarının iş-
ğalçılıq müharibəsində xalqımızın başına gətirilən faciələrə 
dair çıxışı şölən iştirakçıları tərəfindən ürək ağrısı ilə qar-
şılandı. 
Şölənin ikinci günü Kozahan meydanında oxuduğumuz 
şeirlər də çox səmimi qarşılandı. «Azərbaycan» adı toplaşanları 
riqqətə gətirdi. Bizdən sonra oxunan şeirlərin çoxunun leytmo-
tivini də elə bu mövzu – «Sən tək deyilsən, Azərbaycan» sədası 
təşkil edirdi. O zaman Vətənimizin keçirdiyi ağır həyəcanlı 
günlərin ifadəsi hər birimizin səsində, sözündə, nitqində, baxış-
larında özünü biruzə verirdi. Sonrakı günlərdə mən bu həyə-
canı hər bir şölən iştirakçısının üzündə oxuyur, dərdimizə şərik 
olduqları üçün qəlbim minnətdarlıq hissi ilə dolur, «biz tək 
deyilik» təsəllisi ilə toxtaqlıq tapırdım. 
Həmin gün Bursa şəhərinin tarixi abidələri ilə tanışlıqla 
davam etdirildi. Uludağ yamacındakı qədim çinar altında keçi-
rilən poeziya məclisi ilə başa çatdırıldı. İki gün ərzində şöləndə 
iştirak edən yüzdən yuxarı şairin hər birinə cəmi bir şeir oxu-
maq imkanı düşsə də, bu şeirlər hamının bir-birinin poetik qüd-
rəti, istedadı, keçmişi və gələcəyi haqqında müəyyən təsəvvürə 
malik olması üçün kifayət etmişdi. Şölənin bir günü məxsusi 
olaraq Azərbaycan ədəbiyyatına həsr olunmuşdu. İşgüzar gün 
müsafir qaldığımız «Qrend otelin» geniş zalında Bursanın ta-
rixi keçmişinə dair mühazirə ilə başladı. Mühazirəçi bütün nitqi 
boyu onu müşayiət edən mikrofilmlərə diqqəti cəlb edir, Bur-
sanın xəritəsi, sərhədləri, tarixi abidələri, Türkiyə kimi qüdrətli 
bir dövlətin yaranmasında onun strateji rolu və əhəmiyyətinə 
dair ətraflı məlumat verirdi. 
«Azərbaycan ədəbiyyatı» üzrə seminar Azərbaycandan 
gələn şairlərin şeir oxumaları ilə açıldı. Bu prosesdə Azərbay-
can – Güney və Quzey kimi təqdim olunsa da, oxunan şeirlərin 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin