Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə69/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   65   66   67   68   69   70   71   72   ...   321
Firuzə Məmmədli 
186 
zadənin Qarabağla, 20 Yanvar faciəsi ilə bağlı yazdığı əsərlər 
tədqiq olunur. 
Monoqrafiyanın sonuncu fəsli, (onuncu fəsil) "Şeirdə 
ənənə və novatorluğun yeni meyl və tendensiyalarda təzahürü" 
adlanır. Əsərin bu fəslində V.Yusifli poeziyamızda modernizm 
və postmodernizm tendensiyalarına münasibət bildirir, son 
dövr Azərbaycan poeziyasında baş verən yenilikləri, mövzu və 
janr axtarışlarının hansı səviyyədə olmasını, eyni zamanda po-
eziya tənqidçilərinin bu kimi məsələlərə hansı münasibət bəs-
lədiklərini fikir süzgəcindən keçirir. 
Müəllif poeziyamızın nisbətən cavan nəsli - Aqşinin, Za-
hir Əzəmətin, Ağayar Şərifin, Fikrət Əsədin yaradıcılıq imkan-
larını saf-çürük edir. 
Gərgin zəhmət, eyni zamanda zəngin təcrübə əsasında 
yazılmış bu monoqrafıyada 40 illik Azərbaycan poeziyası 
tədqiqata cəlb olunur və demək olar ki, bütün poetik meyarlar 
üzrə araşdırılır. V.Yusifli monoqrafiyada poeziya tarixinin 
qeyd olunan dövrünü sadəcə təsvir etməklə məhdudlaşmamış, 
eyni zamanda tutarlı faktlara əsaslanaraq mübahisələrə aydınlıq 
gətirmiş, bəzi məsələlərə tənqidi mövqedən yanaşmışdır. 
Monoqrafiyanın üstün cəhətlərindən biri də budur ki, əsər 
çox aydın, hər kəsin anlaya biləcəyi bir üslubda yazılıb. 
V.Yusiflinin "Poeziyanın yolları və illəri (1960-2000)" 
adlı monoqrafiyası Azərbaycan poeziyasının güzgüsü olmaqla 
geniş oxucu kütləsi üçün, ədəbiyyatşünaslar, o cümlədən gənc 
tədqiqatçı-filoloqlar və tələbələr üçün faydalı mənbələrdən biri-
dir. 
Firuzə MƏMMƏDLĠ

ADPU-nun dosenti,
filologiya elmləri namizədi, şairə
.
 
Bəhram CƏFƏROĞLU

ADPU-nun elmi işçisi
“Ulduz” jurnalı. 2009, №
8. 
 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin