Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə70/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   66   67   68   69   70   71   72   73   ...   321
Seçilmiş əsərləri X 
187 
 
 
ÖMRÜN MÖHTƏġƏM ġEĠR ġÖLƏNĠ 
 
Bütün görüşlər yoldan başlanır, bütün yollar isə daxili-
mizdəki istəkdən. Türkiyə ilə görüş mənim üçün bəlkə də ən 
əlçatmaz arzuydu, müəmma idi. Bəlkə bu ona görə idi ki, onun 
barəsində çox oxumuşdum. Dünyaya gəldiyim gündən qula-
ğıma doldurulan sultanlar, paşalar, qazilər diyarı, dünyanın bü-
tün gözəlliklərini qoynuna yığıb qısqanclıqla özündən bir ad-
dım uzağa «buraxmayan» əfəndilər, bəylər, xanımlar yurdu idi 
Türkiyə. Demək olar ki, uydurulmuş əhvalatlarla doldurulmuş 
qalın-qalın romanların təsəvvürümdə yaratdığı doğmalı-yadlı 
bir dünya. 
Nə yaxşı ki, o məni axtardı, aradı, tapdı. Çağırıb apardı 
məni öz aləminə, öz dünyasına. 
Uzaq yola çıxanda nələr çəkdiyini və nələr çəkəcəyini tə-
səvvür etmək çətin deyil. Lakin bizim indiki təlaşımızın səbəbi 
var idi. Şölənə gecikmişdik. Düşmənlərimizin Sədərəyi top 
atəşinə tutması az qala bizi yoldan qoyacaqdı. Azərbaycan Ya-
zıçılar Birliyi dadımıza çatdı. Təyyarə ilə birbaşa İstanbula 
uçmalı olduq. 
Budur, bizdən çox-çox aşağıda mavi-zümrüdü bir fəza. 
Bu, Qara dənizdir. Bəs niyə Qara? Qədim adı «Pont Öksin» 
imiş. İndi isə Qara dəniz. Türk sözüdür «Qara». Qədim mənası 
«böyük», «nəhəng» anlamına da qollanır. 
Təyyarəmiz Qara dənizə, sahilə qovuşduğu yerdən yarım-
dairə cızaraq aşağıda görünən adalardan birinə doğru istiqamət 
alır. Gözümüz qarşısında – dumandan çıxıb aydınlaşan yaşıllıq-
lar, qırmızı kirəmidli kotteclər, şərid kimi uzanıb gedən yol-
lar... 
İstanbul Yazarlar Birliyinin nümayəndəsi cavan şair Ay-
han bizi qarşılamağa öz arabası ilə gəlib. Şirin türk ləchəsində 
yumşaq tonla danışır. Ayhanın arabasında İstanbulu seyrə 


Firuzə Məmmədli 
188 
çıxırıq. Əski İstanbulla Bakının İçəri şəhəri arasındakı bənzə-
yişə heyrət etməmək mümkün deyil. Görünür, qədim insanların 
məkan təsəvvüründə bir darlıq, sıxlıq hökmüranmış. Yoxsa Al-
lahın bu gen dünyasında küçələr niyə belə dar, evlər niyə belə 
bir-birinin içində, bir-birinin çiyninə dirsəklənmiş vəziyyətdə 
tikilirmiş? 
Yolumuz Bursayadır. Türk xalqlarının mədəniyyət ta-
rixində ən əlamətdar bir gün olan «Türkcənin uluslararası şeir 
şöləni» burada keçiriləcək. O gün yaşıl Bursanın bahar təravəti 
ilə süslənmiş bağ-bağatlarında ötüşən qumrular da, cəh-cəh vu-
ran bülbüllər də sanki min illər boyu təkrarladıqları nəğmələ-
rini türkün şirin ləhcələrində oxuyurdu. Xalq yaxasında şeir 
şöləninin nişanını gəzdirən müsafirlərə maraq və diqqət kəsil-
mişdi. Bu nişanlarda isə hər kəsin adı və təmsil etdiyi türk di-
yarı – ulusu həkk olunmuşdu: Azərbaycan, Qazaxıstan, Özbə-
kistan, Türkmənistan, Krım, Tatarıstan, Qırğızıstan, Kıbrıs, 
Yunanıstan, London, İraq, Fransa, Hollandiya və s. 
«Cümlə şairlər dost bağının bülbülləridir» - şölən tədbir-
lərinin keçirildiyi zal və meydanlarda belə göz oxşayan, qəlb 
ovsunlayan hikmətli ifadələrə tez-tez rast gəlinirdi. 
Azərbaycandan dəvət olunmuş şairlər – Vaqif Səmədoğ-
lu, Məmməd Aslan, Ramiz Rövşən, bu sətirlərin müəllifi və 
professor Şamil Qurbanov şölən iştirakçıları arasında idi. Şirin 
türk ləhcələrində söylənilən şeirlər radio, televiziya və mətbuat 
vasitəsilə Türkiyənin hər bucağına çatdırılır, türk arkadaşları-
mızda xüsusən İttifaqın respublikalarından gələn şairlərlə da-
nışmaq, dünənki qayğıları və bugünkü problemlərinə dair onla-
rı sorğu-suala tutmaq həvəsi oyanırdı. Bu şölən dünyanın dörd 
bucağı və on iki iqlimindən təşrif gətirmiş, türkcə yazıb-yara-
dan sənət adamlarının sözün həqiqi mənasında bayramı idi. 
Burada ömründə bir-birini görməmiş, bəlkə də adını uzaqdan-
uzağa eşidib şeirlərinə marağı olan adamlar sanki çoxdan ayrıl-
mış dost-tanışlar, bacı və qardaşlar kimi görüşür, müxtəlif 
mövzularda həvəslə fikir mübadiləsi edirdilər. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin