Firuzə Məmmədli 184
şeirə gətirməkdən zövq alırlar. Amma təbii ki, bu "zövq" yaz-
dıqları şeirin zövqsüzlüyünə dəlalət edir." Tədqiqatçının hə-
yəcan təbili çalması əbəs deyil. Əgər bu gün poeziyamızda,
ədəbiyyatımızda senzura yoxdursa və yaxud da bu şairciklərin
yazdıqları cəfəngiyyat üçün mətbuat açıqdırsa, bu hələ o de-
mək deyil ki, poeziyamız nəzarətsizdir və ya tənqid yoxdur.
Əksinə, V.Yusifli və onun kimi dərin savad sahibləri poeziya-
mızın tarixini, dil, üslub xüsusiyyətlərini dərinliklərinə qədər
bilən tədqiqatçılarımız bunu görür və vaxtında qarşısını almağa
çalışırlar. Qeyd etmək istərdik ki, əlinə qələm alıb şeiriyyətə
gəlmək istəyən gənclər üçün bu tənqid düzgün yol, bir yaradı-
cılıq istiqamətidir.
"Müstəqillik dövrünün poeziyası" doqquzuncu fəsil adın-
dan da göründüyü kimi ötən əsrin 80-ci illərinin sonundan baş-
layaraq 2000-ci ilə qədər Azərbaycan poeziyasının keçdiyi yo-
lu əhatə edir. 71 il 5 ay Azadlıq həsrəti ilə çırpınan Azərbaycan
xalqı 1991-ci il 18 oktyabr Konstitusiya aktı ilə Azadlığa qo-
vuşdu. Müəllif bu fikirlərini belə ifadə edir: "Yazıçı Ənvər
Məmmədxanlının çox sevdiyi bir ifadə vardı - "azadlıq yanğı-
sı". O azadlıq yanğısı idi milyonlarla insanı Azadlıq meydanına
çəkib aparan. Bu Azadlıq yanğısından Müstəqil Azərbaycan
doğuldu".
Müəllifın ruhundan qopan bu kəlmələr insanı riqqətə gə-
tirir. Bir vətəndaş olaraq Müstəqilliyimizlə qürur duymaya bil-
mirsən. Və müəllif yenə də bənzərsiz deyim tərzi ilə yazır:
"Demokratik Azərbaycan Respublikasınının süqutundan sonra
71 il 5 ay ərzində xalqın ruhunda, genində yaşayan o Azadlıq
yanğısını söndürmək üçün Azərbaycan torpağında süni Qara-
bağ müharibəsi əkildi, 20 Yanvar, Xocalı qırğınları törədildi.
Bakıya rus tankları yeridildi, şəhərlərimiz, kəndlərimiz işğal
olundu, Azərbaycan böyük bir qaçqın məmləkətinə çevrildi. Bu
azmış kimi Azərbaycanda Vətəndaş müharibəsi təhlükəsi ya-
randı" .