Seçilmiş əsərləri X
183
tadlarının olduğunu qeyd edir. Bu fəsildə həmçinin gəraylı jan-
rının müasir formalarına aydınlıq gətirilir, heca vəzninin müx-
təlif formaları - Qabil, Məstan Günər, Məmməd Araz və başqa-
ları tərəfındən yaradılan nümunələr fıkir süzgəcindən keçirilir.
Monoqrafıyanın öz həcminə və məzmununa görə fərqlə-
nən fəsillərindən biri də "Azərbaycan sərbəst şeiri" adlanır. Bu
fəsildə konkret olaraq poeziyamızda sərbəst şeirin yaranması,
yaradıcıları, bədii formaları tədqiqata cəlb edilir. Fəslin ən diq-
qət çəkən məqamlarından biri də sərbəst şeir adı ilə şeiriyyət
üçün qüsurlu sayılan söz və ifadələrin bədii janra yol tapmasına
tənqidi münasibətdir. Təbii ki, ömrünü poeziyamızın tədqiqinə
həsr etmiş dəyərli tənqidçimiz bu kimi arzuolunmaz hallarla
barışa bilməzdi. Və barışmır da: "...Bu cür şeirə gətirilməsi
qüsur sayılan sözləri, ifadələri, əsasən, ədəbiyyata yeni gələn
cavan şairlərin şeirlərində daha çox izləyirik. Əlbəttə, məqsədə
müvafıq olaraq nadir hallarda olsa da, şeir dilində belə sözlər
işlənə bilər, amma bunu kütləvi hala çevirmək və bəzən şeir
dilini elə bu terminlər üzərində qurmaq, təbii ki, şeir sənətini
emosionallıqdan məhrum edir. Məsələn, Nərmin Kamal adlı
cavan şairə öz şeirlərində "konfabusiyalı xəstə", "Emosional
kütlük", "Simptomp", "pitsaxana", "Aksiz markası", "so-
napaks", "tizersin", "impulsiv hərəkət", "maqnit sahəsi", "ve-
rendaya otağı", "pataloji alkoqolizm", "gigiyenik xidmət",
"şəxsiyyəti təsdiq edən kartdan çıxarış", "atraksion" "jalüz",
"popkom", "kontrol", Sevinc Pərvanə "SPİD", "Partnyor",
"Stomotoloji kabinet", "ginekoloq", , "etiraz aksiyası", "qeyri-
leqal xəyanət", "klimaks", "elektrik dirəyi", Azad Yaşar
"irsiyyət və şərti refleks qanunları", "dərman reklamı", "bağır-
saq pozğunluğu", "sadomiya", "elmi kommunizm", "narkotik
qoxu", "orfoqrafık və qrammatik yanlışlıqlar", "gerçək elm",
"siqaret blokundan kəsilmiş karton", "koker", "fransız riyaziy-
yatçısı Evarist Qalua", "cürbəcür polifonik zəng melodiyalan",
"Elmlər Akademiyasına gedən qatarlar", "ekoloji natarazlıq",
Rasim Qaraca "ana bədəninin koridoru" kimi sözləri, ifadələri
|