Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə62/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   58   59   60   61   62   63   64   65   ...   321
Seçilmiş əsərləri X 
179 
açılmadı. "Bu dildə varlığın hər sədası var", - bu, Əli Kərimin 
misrasıdır və həmin misra, dərk edilmiş zərurət tam realhğı ilə 
ilk dəfə Əli Kərim poeziyasında öz bəhrəsini verdi". Bu 
bənzərsiz fikirlərin ardınca müəllif Əli Kərimin hər zaman təzə 
şeirlərini bir daha tədqiqata cəlb edir, bu şeirlərdəki təkrarsız 
bənzətmələri diqqətə çatdırır. 
"Fikir poeziyası", "İnsan amili", "Tənqid pafosu" kimi 
ədəbi məsələləri özündə əks etdirən dördüncü fəsil bütünlüklə 
V.Yusiflinin yaradıcılıq uğurlarından xəbər verir. Bəzən po-
eziya tənqidçiləri poeziyadan danışarkən şeiriyyətdə şairin öz 
dünyasını unudurlar. Tənqidçilərin bir çoxunun şairdən nədən, 
necə, yazmağı tələb etməsi, əslində sovet diktaturasının qalığı 
kimi də başa düşülə bilər. Lakin unutmaq olmaz ki, şair bir in-
sandır və onun daxilində bir MƏN var. Bu MƏN onun dünyaya 
baxışlarını, daxili həyəcanlarını, hisslərini müəyyənləşdirir. Bu 
baxımdan söz sərraflarının yaradıcılığı haqqında danışılarkən 
mütləq onların daxili dünyası nəzərə alınmalıdır. Elə dəyərli 
tənqidçi-ədəbiyyatşünasımız V.Yusifli də monoqrafiyasının be-
şinci fəslini məhz bu məsələyə həsr etmişdir. 
"Hər şairin öz dünyası" adlanan bu fəsildə müəllif eyni 
mövzu ilə bağlı yazılan poetik nümunələrdə şairlərin fərdi po-
etik üslubunu ön plana çəkir. O, konkret olaraq 60-80-ci illər 
poeziyasında önəmli rol oynamış gözəl şairimiz Əliağa Kür-
çaylının yaradıcılığında apardığı araşdırma sayəsində belə bir 
nəticəyə gəlmişdir ki, Ə.Kürçaylının poeziyasını bir sözlə sə-
ciyyələndirmək olar: HƏYATSEVƏRLİK. V.Yusifli fikrini 
davam etdirərək eyni mövzuda ("Ana" mövzusunda) şeirlər 
yazmış Məstan Əliyev və Nəriman Həsənzadənin mövzuya ba-
xış bucaqlarının fərqli olduğunu qeyd edir. Əsərin bu fəslində 
60-80-ci illər poeziyasının ən parlaq simalarından olan Məm-
məd İsmayıl və Fikrət Sadıqla yanaşı, həmin dövrün bir çox 
şairləri - Sərdar Əsəd, Məmməd Aslan, Ağacavad Əlizadə, Ey-
vaz Borçalı, Səyavuş Sərxanlı, Famil Mehdi, Vaqif Hüseynov, 
Şahmar Ələkbərzadə, Vilayət Rüstəmzadə, Teyyub Qurban, 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin