Seçilmiş əsərləri X 175
üslublarının mövcudluğu üzərində dayanır və hər iki üslubu ge-
niş şəkildə şərh edir.
Klassik-romantik üslubun əsasən Nəsimi və Füzuli kimi
sənətkarların dünyagörüşündə formalaşdığını göstərən müəllif
bu üslubun poeziyanın janr-struktur xususıyyətlərinin müəy-
yənləşməsinə də təsir göstərdiyini yazır. Və beləliklə, bu üslu-
bun Hüseyn Cavid, son dövrlərdə isə Səməd Vurğunun yaradı-
cılığında öz yüksək zirvəsinə çatdığını göstərir. O, qeyd edir ki,
poeziyanın sonrakı inkişaf mərhələlərində xüsusilə Vaqif mər-
hələsindən sonra realist şeir üslubu yaranıb inkişaf etməyə baş-
ladı. Realist şeir üslubunu şərh edən müəllif əslində realist şeir
üslubunun tərkib hissəsində satirik şeir üslubunun da öyrənil-
məsinin vacibliyini vurğulayır. Eyni zamanda qeyd edir ki, po-
eziyamızın sonrakı dövrlərində aparıcı üslub realist üslub ol-
muşdur.
Azərbaycan poeziyasının keçdiyi inkişaf yolunu ədəbi-
bədii metodlarını, janr xüsusiyyətlərini dərindən bilən tənqidçi
V.Yusifli monoqrafiyanın I fəslində "Novatorluğun mahiyyəti,
ənənə ilə novatorluğun qarşılıqlı əlaqəsi" məsələsinə də xüsusi
diqqət yetirir, poetik ənənələrin niyə uzunömürlü olmasından,
novatorluğun isə uzunömürlü olmamasının səbəblərindən, no-
vatorluğun mahiyyətindən, onun ənənə ilə qarşılıqlı dialektik
əlaqəsindən söz açır.
Monoqrafiyanın II fəsli də novatorluq məsələsinə həsr
olunub. "Ənənə və novatorluq problemi ədəbi tənqiddə" başlıq-
lı bu fəsildə müəllif Azərbaycan ədəbiyyatında novatorluğun
tarixinin qədim olduğunu əvvəlcə Nizami, sonra Füzuli kimi
sənətkarların yaradıcılığı konteksində işıqlandırır. Müəllif bu
sahədəki fikrini davam etdirərək yazır ki, Füzuli ənənəsi uzun
zaman Azərbaycan poeziyasında hakim rol oynamışdır. Lakin
M.F.Axundov öz kəskin çıxışlarıyla, eyni zamanda öz komedi-
yaları ilə poeziyamızda Füzulinin təsirini azaldaraq yeni realist
mərhələnin başlanğıcını qoydu. Sonralar bu mərhələ həm nəsr-
də, həm də poeziyada aparıcı xüsusiyyət daşıdı.