Seçilmiş əsərləri X 177
yara vuran imperiya keşikçilərinə biganə qala bilməzdi. Bu üz-
dən müəllifin bu sözləri görkəmli söz ustadlarına, onların yara-
dıcılıq imkanlarına zərbə vuranlara gec də olsa verilən ən tutar-
lı qiymətdir.
V.Yusiflinin ədəbiyyatşünaslıq, poeziya məsələlərinə
həsr olunmuş fundamental monoqrafiyasını vərəqlədikcə onun
poeziya tariximizi, poeziyamızda mövcud olan ədəbi yolları,
daima ədəbiyyatşünaslar arasında mübahisə predmeti olan ədə-
bi cərəyanları nə qədər dərin bildiyinə, necə dəqiqliklə, sistemli
şəkildə araşdırdığına heyran olmaya bilmirsən.
Monoqrafiyanın III fəsli "Yeni poetik mərhələnin başlan-
ğıcı" adlanır. Müəilif bu fəsildə yeni poetik mərhələnin başlan-
ğıcını görkəmli yazıçı-tənqidçi M.Hüseynin sözləri ilə xarakte-
rizə edir. O, yeni mərhələnin ötən əsrin 60-cı illərindən başlan-
dığını söyləyərkən tarixi reallığın ədəbiyyata - poeziyaya müs-
təsna təsirini xüsusi vurğulayır.
V.Yusifli III fəslin "Poeziyamızın müharibədən sonrakı
mənzərəsi", "Müasirlik poetik axtarışların rəhni idi..." adlı böl-
mələrində bir çox aktual məsələlərə toxunur. Tənqidçi "Müasir-
lik poetik axtarışların rəhni idi..." bölməsində 60-cı illər poezi-
yasında populyar mövzuları qeyd etməklə yanaşı, çatışmazlıq-
ları da göstərir. O, yazır: "...Ancaq əmək mövzusunda yazılan
əsərlərin əksəriyyətində, xüsusilə lirik şeirlərdə əsas diqqət təq-
dim olunan insanın necə qabaqcıl olmasına, keçici qırmızı bay-
raq almasına yönəlirdi və çox zaman mənəvi nemətlər bolluğu
yaradan əmək adamının mənəvi dünyası unudulurdu". Müəlli-
fin toxunduğu bu məqam xüsusilə diqqəti cəlb edirdi. Bu əslin-
də idealogiyanın sənəti üstələməsi idi.
V.Yusifli də məhz bu barədə bir çox vətənpərvər şairləri-
mizin buna qarşı çıxmasını müsbət hal kimi qeyd edir. Sənət-
karlıq axtarışları, tənqidin sənətkara şairlərin şeirində ideya və
məzmuna munasibətini əks etdirən bu fəsildə dövrün bır çox
söz sərrafları Əhməd Cəmil, Rəsui Rza, Əli Kərim və başqala-
rının yaradıcılığı ətraflı şəkildə tədqiq olunur.