Seçilmiş əsərləri X 185
Müəllif yana-yana söylədiyi bu sətirlərlə sanki, bu illərdə
poeziyamızın, ədəbiyyatımızın mövzularının konturlarını cızır.
Burada, zamanla ədəbiyyatın qarşılıqlı əlaqəsi və bir-birinə tə-
siri fonunda yaradılan bu poeziya nümunələrində tarixi şərait
əks olunur. Ümummilli liderimiz lieydər Əliyevin Azərbaycanı
bu mürəkkəb tarixi şəraitdən çıxarması ön plana çəkilir.
Təlatümlü fırtınalardan Azərbaycanı necə çıxartmağın yollarını
arayan Heydər Əliyevin Azərbaycana qayıdışı o dövrün ustad-
larına əlavə stimul vermişdi. Dahi rəhbərin siyasətinə, uzaqgö-
rənliyinə arxalanan poeziya nəhəngləri dövrün ən aktual möv-
zularını ədəbiyyata gətirdilər.
V.Yusifli ilk belə şeir müəlliflərindən biri kimi Eldar
Baxışı nümunə göstərir. Onun "Ocaq" kitabının müəllifi Zori
Balayana məktub"u təqdir olunur. Bunun ardınca müəllif II
dünya savaşı illərindəki poeziyamızla bu illərdəki poeziyamızı
müqayisə edir və Azərbaycan poeziyasının "döyüşçü paltarı"
geyindiyini yazır. Bu yolda səsini ilk ucaldan şairimiz Xəlil
Rza Ulutürkün "Qalx ayağa, Azərbaycan!", Məmməd Arazın
"Ayağa dur, Azərbaycan!" şeirlərindən ürək açıqlığı ilə söhbət
açır. Müəllif bu şeirlərin bütün poeziya nümayəndələrini ayağa
qaldırdığını göstərərək, həmin şeirlərdə Müstəqil Azərbaycan
poeziyasının məramının ifadə edildiyini vurğulayır. Sonra Qa-
rabağ savaşının başlanması, acı məğlubiyyət, atəşkəsin elan
olunması, poeziya əskərlərinin buna münasibəti, Zəlimxan Ya-
qub, İsa İsmayılzadə, Qabil, Bəxtiyar Vahabzadə, Musa Yaqub
və digər sairlərin Qarabağla, 20 Yanvar faciəsi ilə bağlı poetik
nümunələri, mövzu, ideya baxımından tədqiqata cəlb olunur. O
dövrdə poeziyanın qarşıya qoyduğu suallar, cavablar ayrı-
ayrılıqda deyil, vəhdət halında araşdırılır. İsa İsmayılzadənin
"Haran ağrayır, vətən" poeması, Xalq şairi Qabilin "Ümid sə-
nədir ancaq", “Nəsimi baharında", "Mərsiyə" şeirləri, Bəxtiyar
Vahabzadənin "Şəhidlər" poeması, Fikrət Sadıqın, Mirvarid
Dilbazinin, Flkrət Qocanın, Məmməd Aslanın, Ələkbər Salah-