Firuzə Məmmədli 170
Fikrət Qocanın «Rusiyada ov mövsümü» şeiri ötən əsrin
90-cı illərində qeyri-bərabər qüvvələr çərçivəsində ruslarla çe-
çenlər arasında gedən müharibədən bəhs etsə də, dünya are-
nasında hərbi-siyasi hegemonluq uğrundakı qurğuların və qır-
ğınların min-bir sifətini bədii sözün qüdrəti ilə təqdim etmə
məqamında hər zaman müasirdir, yaşarıdır; doğrudan da xırda
xalqların mübarizə əzmini qırmaq, onu daim asılı vəziyyətdə
saxlamaq yolunda superlərin atdığı addımların geopolitik xəri-
təsi getdikcə genişlənməkdədir. Bu mənada, xalq şairinin Bəy-
nəlxalq mövzuda yazdığı şeirləri kifayət qədərdir. Onun «Qərbi
Berlində», «Litvada», «Xəbərlər», «Salam Petefi» (Macarıs-
tan), «Salam, Vyetnam», «Afrikanın gecələri», «Baltikin sa-
hilində», «Kiyev görüşləri», «Kipr», «Qars qalası» kimi şeirləri
məzmun etibarı ilə şairin bədii informasiya imkanlarının zən-
ginliyinin, hüdudsuzluğunun və bəşəriliyinin göstəricisidir.
Əlində tutduğu söz çırağı ilə dünyanı işıqlandıra-işıqlandıra ge-
dən şair daim səfərlərdədir. Onun yolu dünyanın ən gərgin, ən
qaynar hadisələri içərisindən keçib gedir.
Fikrət Qoca poeziyasında dünya ölkələri ilə bir sırada
türkdilli xalqların vətəni və yaxud türk xalqlarının ata-baba
yurdları da diqqətdən kənarda qalmamışdır. Şairin müxtəlif
illərdə qələmə aldığı «Alma-Ata», «Qazaxıstan çölləri», «Öz-
bək qardaşım», «Qazax anası», «Qazaxıstan» adlı şeirləri onun
türk dünyasına olan vurğunluğunun bədii təcəssümüdür.
Fikrət Qocanın bədii-estetik görüşlərində məhəbbət möv-
zusu xüsusi yer tutur. Şairin sevgi şeirlərinə bəstələnmiş mah-
nıların ötən əsrin ikinci yarısında yetişən gəncliyin mənəvi tər-
biyəsindəki rolunu heç nə ilə müqayisə etmək olmaz.
Fikrət Qoca yaradıcılığı bu günün özündə də vətən gözəl-
lərinin qəlbini oxşayan, hisslərini, duyğularını sığallayan, on-
larda özlərinə diqqət, qayğı, özlərinə hörmət hissləri aşılayan
gözəllik lirikası ilə zənginləşməkdədir, davam etməkdədir.
Diqqət yetirin: