Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə53/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   49   50   51   52   53   54   55   56   ...   321
Firuzə Məmmədli 
168 
Siz gəlin Şəhidlər xiyabanına, 
Görün o şəhidlər nə deyir sizə. 
Fikrət Qoca poeziyasında insan və onun taleyi, sosial 
dəyərlərin müdafiəsi mövzusu da xüsusi yer tutur. Onun əksər 
şeirlərinin motivi insan varlığının, şəxsiyyətin bədii-fəlsəfi 
dərkindən ibarətdir. 
Məşhur fransız şair və tənqidçisi Çarliz Morisin belə bir 
sözü var: «Sözlər aslan kimi cəsur, dovşan kimi səssiz, ilan ki-
mi ovsunlu, ox kimi iti, əsa kimi düz və tərəzi kimi taraz olma-
lıdır». Eyni fikri mübaliğəsiz Fikrət Qocanın poeziyasına da 
aid etmək olar. Şairin insanı ovsunlayaraq xəyallar aləminə 
aparan lirik şeirləri sırasında birbaşa hədəfi nişan alan ox kimi 
itiuclu satiralarına da rast gəlirik. «Rüşvətxorlar» şeiri bu ba-
xımdan son dərəcə kəskin təsir imkanı ilə seçilir. Bəri başdan 
qeyd etməyi vacitb hesab edirik ki, bu şeirin vaxtında yazılması 
və şairin rüşvətxorluğun ən müxtəlif forma və üsullarını son 
dərəcə ustalıqla qələmə alıb bədii əsərin tənqid hədəfinə çevir-
məsi vaxtilə ulu öndərimiz Heydər Əliyevin diqqətini çəkmiş 
və ümummilli liderimiz şeirin ictimai dəyərni yüksək qiymət-
ləndirmişdir. 
Böyük şairimiz bütün dövrlər ərzində rüşvətxorların cə-
miyyətə, həyatımızın rəvan gedişinə arxadan vurulan bıçaq zər-
bəsi olduğunu bədii dilin qüdrəti ilə təsvir edir və bu məqamda 
rüşvətxorların da bir növ vətən xaini olduğu qənaətinə gəlir. 
Şair öz mövqeyini «Cahil, vətən Koroğlu qeyrəti, Həcər namu-
sudur» - kimi ifadə edir. 
Rüşvət də rəngarəngdir, 
Böyüklər qarşısında 
əyilib-düzəlmək 
rüşvəti var. 
Yaltaqlığı da 
rüşvət alan olur, 


Seçilmiş əsərləri X 
169 
rüşvət həqiqətə bənzər 
yalan olur. 
- deyən şair baş verən xəyanətlərin kökündə rüşvətin dur-
duğunu tarixi şəxsiyyətlərin taleyinə müraciətdə təqdim edir. 
Doğurdan da bəşər cəmiyyətində hər cür mənfurluqların 
əsasında duran rüşvət tarixi olduğu qədər də müasirdir. Bu şeir 
müasirliyi baxımından şairin zamanı ötüb keçən, yaradıcılıq 
uzunömürlüyünü tarixə həkk edən şeirlərindəndir. 
Fikrət Qoca poeziyası onun tez-tez müraciət etdiyi Xə-
zərə bənzəyir; bəzən sakit-sakit dalğalanır, bəzən də kükrəyib 
coşar. «Qorxmuram» satirasının da, «Qonşu qız», «Haram 
dostlar», «Rüşvətxorlar» şeirlərinin də şairin ilham dənizinin 
kükrədiyi məqamlarda yazıldığı qənaətindəyik. 
Gecə –
Gizlicə-gizlicə 
Oğurlanıb soxulur 
İnsan həyatıma – yuxum. 
Yuxuda görürəm ki, dünyada yoxam. 
Hələ bu yer kürəsi də maviliklərin 
Dərin sükutu içində balaca bir qayıqmış. 
Od alıb elə yanır ki, elə bil 
bir çəngə qamış 
yanır. 
Yer 
göy, 
su, 
hava, 
- Sus, 
dava 
başlayıb, –
deyir. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin