Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə52/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   48   49   50   51   52   53   54   55   ...   321
Firuzə Məmmədli 
166 
Adı dillərə düşdü. 
Babalarım bu suyu 
Damla-damla bölüşdü. 
Bir xalq etimologiyasının poetik incəliklə qələmə alınma-
sı, tarixin yaddaşına köçürülməsi, şairin ana vətəninə olan sev-
gisinin təzahürüdür. 
Şairin «Çinar», «Dəniz», «Dostum ağac», «Bahar», «Gi-
ləvar», «Dağlar» şeirləri Vətən torpağının bu müqəddəs hisslər, 
duyğular müstəvisində bədii tərənnümüdür. Bu şeirlər arasında 
«Dostum ağac» şeirinə diqqət yetirək: Şair hər kəsin sakitcə 
yanından ötüb keçdiyi tənha ağacın qarşısında ayaq saxlayır, 
onunla dərdləşir; yalnız ağacla ona aydın olan dillə ağacın dər-
dini soruşur. Ağaca öz qəlbindən keçənləri danışır. Bəzən də 
ağacın gövdəsindəki qırışları öz yaşı ilə müqayisə edir. Təsvir 
obyektinə lirik-psixoloji yanaşma tərzi bu şeirdə insanla təbiət 
arasında ayrılmaz bağlılığa işarədir. 
Yaxud, şairin lirik ricətlərlə müraciət edib, özünə həm-
söhbət seçdiyi «Söyüd» şeirinə nəzər salaq: 
Evin daldasında yaşayan söyüd, 
Qışın ortasında yaşılsan, söyüd. 
Budağın yalayır bu daş barını, 
Az qala mətbəxdə yatıb-durursan. 
Fikrət Qocanın istər el-obalarımıza, istərsə də vətənimizin 
təbiətinə həsr etdiyi şeirlərində onun öz xalqına mənsubluğun-
dan qürur hissi keçirdiyi aydın duyulur. Elə buna görə də o, 
məmləkətini səmimi bir dillə tərənnüm edir: 
Gözəlliyi körpə kimi 
Yatır çiçək - beşiyində. 
Baharlanıb yamacları, 
Nəğmələrin keşiyində 


Seçilmiş əsərləri X 
167 
Sərhədçi tək möhkəm durub 
Ucaboylu ağacları 
Astaranın.
(«Astaranın» şeirindən) 
Bütün bunlar Fikrət Qoca yaradıcılığının enerji mənbəyi-
dir. Bu tükənməz çeşmədən qaynayan hisslər, duyğular şairin 
bütün yaradıcılığı boyu onun poetik rübabının mizrabı olmuş 
və ustad hara getmişsə, hardan keçmişsə, onun qəlbini bu miz-
rab dilə gətirmişdir. «Mərdəkan», «Bakının», «Mingəçevir» və 
sair kimi şeirlər şairin bu sarıdan sənət yanğısının gözəl nümu-
nələridir. 
Fikrət Qoca o şairlərimizdəndiri ki, vətənini tərənnüm et-
məklə kifayətlənmir, onun qoynunda dünyaya göz açıb, onun 
naz-neməti ilə bəslənənlərə «torpağın bütövlüyünü qorumaq 
üçün bir yumruq kimi birləşmək, ayrı-seçkiliyə yol verməmək, 
bir xalq olaraq Vətən, yurd-yuva təəssübkeşi ruhunda tərbiyə-
lənmək gərəkdir» poetik mesajını göndərir: 
Gəlin bölünməyək doğmaya, yada, -
Hamı bir ağacın yarpağıyıq biz. 
Axı hər birimiz başdan-ayağa 
Doğma Azərbaycan torpağıyıq biz. 
Türk deyil, tat deyil alçaq adamlar. 
Onlar hər millətə böyük dərddilər. 
Namərdlər hamısı bir millətdilər. 
Mübarizlik, döyüşkənlik, haqq-ədalət carçısı olmaq şairin 
təbiətindədir. Odur ki, zamanın sınağından üzüağ çıxan ağsaçlı 
şairimiz yazır: 
Qanımız qarışıb qardaş qanına, 
Bu torpaq əmanət verilib bizə. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin