Firuzə Məmmədli
172
axşam səndən danışdı». Belə məhəbbət daha inandırıcıdır, ona
etibar etmək olar. O, yuxusuz gecələri üçün sevdiyi qızın boy-
nuna minnət qoymur. Ona tənə etmir. İnanırsan ki, burada
hökmdarları sevgilinin ayağına gətirən ilahi duyğudan, «Ulduz-
lara yüksələn» məhəbbətdən söhbət gedir. O ilahi duyğudan ki,
bütün böyük şairlərin poetik taleyi ondan keçib kamilləşmişdir.
Fikrət Qoca poeziyası bədii-estetik təqdimatı, məntiqi
axarı, fəlsəfi dərki ilə güclüdür. Fikrət Qoca poeziyası
dünya-
nın poetik qavrayışı, əhatəsində olduğu ictimai-siyasi durumun
poetik məqamlarının seçilib bədii söz sənətinin predmetinə
çevirmə məharəti ilə güclüdür. Bu isə xalqına, onun etik-estetik
görüşlərinə, yerinə, yurduna, ümumən insanlığa, haqqa-ədalətə
bağlı olan, doğma dilinin incəliklərini dərindən duyan, onu se-
vən, ondan ilahi güc alan, dilinin saflağı, yaşarlığı
keşiyində
duran bir şairə, bir söz adamına, bir sənət fədaisinə xas olan
keyfiyyət göstəricilərindəndir.
Və bütün bunlar Fikrət Qoca poeziyasının hikmət dərya-
sından götürdüyümüz bir damladır.
Təbii ki, bu məqamda
poeziyanın bədii-estetik təsvir imkanlarına laqeyd olan (bəlkə
də ona əli çatmayan) «şeir» yazanlar üçün Fikrət Qocadan
öyrənməli, götürməli çox mətləblər var.
Firuzə Məmmədli,
Bəhram Cəfəroğlu.
«Ədəbiyyat» qəzeti, 16 avqust 2013-cü il