Firuzə Məmmədli
160
dır. Əslinə qalsa, iqtidar da, müxəlifət də öz partiya proqramın-
da dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi-
ni, xalqın güzəranının gündən-günə yaxşılaşdırılmasını, torpaq-
larımızın düşməndən azad edilməsini və s.ni qoyur. Bu məram-
la da partiya yaradır və mübarizəyə başlayır. Lakin elə mübari-
zəyə başlayan kimi də torpaq, xalq, müstəqillik, dövlətçilik ya
«yaddan» çıxır, ya da absurd şüarlara çevrilir. Əvəzində isə qə-
rəzçilik, çəkişmə-boğuşma, «dartma, yaxam cırıldı» qalır. Bü-
tün bunlar onu göstərir ki, biz hələ də siyasi mübarizə yollarına
yiyələnə bilməmişik. Amma özümüzə «siyasətçi» deyirik.
– Qadın həm də sirli, sehrli varlıqdır. ġairlik isə bu sir-
lərin açılması, faĢ olması deməkdir. Yoxsa iç dünyamızın
təlatümünü gizlədə bilmədiniz?
– Sual bir qədər qəlizdir. Amma bir Allah bilir ki, mən
poeziyamda da həyatda olduğum qədər səmimiyəm. Bu mənada
şair Fİruzə, qadın Firuzənin dostu, sirdaşı, qardaşıdıdır. Qadın
Fİruzə bir qədər qapalıdır, adamlardan qaçandır, sirr verməyən-
dir. Amma şair Firuzə ilə qoşalaşanda heç nəyi ondan əsirgə-
mir. O tam mənası ilə öz dostunun, sirdaşının və qardaşının tə-
siri altındadır. Niyə şair oldum? Ancaq buna görəmi? Ola bilsin
ki, bu cəhət mənim şairliyimin məziyyətlərindən biridir. Məni
şair edən isə qeyri-adi taleyim, alın yazımdır.
Dostları ilə paylaş: