Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə45/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   41   42   43   44   45   46   47   48   ...   321
Seçilmiş əsərləri X 
157 
alıb cibinə qoyursan, gətirib bizə vermirsən ki. Amma and 
içirəm ki, o vaxt bizə (gənc hesab olunanlara) ən aşağı məbləğ-
də qonorar hesablayır, on ildə iki balaca kitabımızı çap edirdi-
lər. Haqdan, ədalətdən, bərabərlikdən, xoşbəxtlikdən dəm vu-
ran bir cəmiyyətin məmurundan eşitdiyim bu sözlər mənə dərs 
oldu. 
– Firuzə xanımın görünməyən tərəfi. 

Tündməcaz, hövsələsiz, çox vaxt nə istədiyini özü də 
bilməyən, çox vaxt özünə qapanıb qalan bir insan. Ən böyük 
çətinliyim qəlbimdəki insaf, mürvət, ədalət hisslərinə qalib gələ 
bilməməyimdir. Həmişə öz-özümlə mübarizə aparan, narahat 
bir adamam… 
– Firuzə xanımın məĢğuliyyəti. 

Əvvəllər boş vaxtım olurdu. Onda mən plastilindən, pa-
rafindən quş, heyvan fiqurları hazırlayıb uşaqları sevindirirdim. 
Belə fiqurlar oyuncaq bazarında kifayət qədər olsa da, nədənsə 
uşaqlar mənim düzəltdiyim fiqurları xoşlayırdı. Şəkillər çəkir-
dim, mənzərə, portret, ən çox da quş şəkilləri. Uşaqlara öy-
rədirdim. Balaca rəssam yetirmələrim də olurdu. 
Son vaxtlar bir saat belə nəsə əlavə bir işlə məşğul ol-
mağa vaxt tapmıram. 
– Özünüzə hansı sualı verərdiniz? 

Artıq özümə heç bir sualım yoxdur. Suallarım bəşəriy-
yətədir, dünyayadır, insanlaradır: hara gedirsiniz bu nəfslə, bu 
insafsızlıqla, bu «mənəm-mənəmliklə»? 
Zeynəb ƏLİQIZI 
“Kaspi” qəzeti, 7-9 noyabr, 2009-cu il 


Firuzə Məmmədli 
158 
 
 
«HEÇ VAXT GÜZƏRANI POEZĠYAYA SENZOR 
HESAB ETMƏMĠġƏM» 
 
Üzümüzə gələn yüzilliyin qadınların əsri olacağını bütün 
dünyada kişilər etiraf etmək məcburiyyətindədirlər. «Qadın 
sözünə baxmaya-baxmaya» kişilər bir də gördülər ki, zərif məx-
luqlar durmadan irəliləməkdədirlr: cəmiyyətdə tutduqları apa-
rıcı mövqe, rasional düşüncələri ilə onlar kişiləri üstələyirlər. 
Bugünkü müsahibimizi təsadüfən seçməmişik: qətiyyətli, sözü 
yerində deməyi bacaran xanımlarımızdan biri – şair Firuzə xa-
nım Məmmədli ilə söhbətimiz feminizmdən çox uzaqdır. Hazır-
da Yazıçılar Birliyində Həmkarlar İttifaqının sədri, Pedaqoji 
Universitetin dosenti olan Firuzə xanımla cəmiyyətlə, ədəbi mü-
hitlə bağlı müəyyən məqamlara toxunmağa çalışdıq. 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin