Seçilmiş əsərləri X
159
çap olunan yoxdur. O doğrudur ki, qəzet səhifələrində şeirlərim
görünmür. Bunun da səbəbi odur ki, qəzetlərə şeir aparmıram.
Niyəsi ilə maraqlansanız, bu uzun söhbətdir.
– Zəmanə qarmaqarıĢdır. Adamları bir mövzu düĢün-
dürür: «Güzəran». Bəlkə də yaradıcı adamlar üçün ən bö-
yük senzor məhz odur. Mənimlə razılaĢırsınızmı?
– Bəli, hardasa, kimin üçünsə (daha doğrusu, çoxları
üçün) bu, belədir. Amma mən heç vaxt güzəranı poeziyama
senzor hesab etməmişəm. Vaxt, zaman mənə nəyi diqtə edibsə,
eləcə də poeziyama gətirmişəm. Böyük Sabir demişkən, «düzü
düz, əyrini əyri». Şeirlərimin birində dediyim kimi:
Nə olsun ki, çox acıdır,
Gözümdə fikrin tacıdır.
Düz söz bir dar ağacıdır,
Boyundan keçə bilmirəm.
Əlbəttə ki, güzəran məni də düşündürür. Lakin mən şeiri –
bu dəli-dolu balamı güzərana qurban verməmişəm. İkiüzlülüyü,
yalmanmağı sənətə xəyanət hesab edirəm.
Sənət mənim üçün
vasitə yox, məqsəddir.
Dostları ilə paylaş: