Firuzə Məmmədli
150
yürüşlərin sayı-hesabı yox idi. Axırda
işi Türkmənistana gizli
opponent rəyinə göndərdilər. Oradan müsbət rəy gəldi. Əlacları
kəsilib təsdiq etdilər. Doğrudur, ötən əsrin yetmişinci illərində
nəşriyyat aləmində müəyyən vaxt üçün yaranan obyektiv at-
mosferdə şeirlərimin, ilk kitabımın işıq
üzü görməsinə kö-
məklik oldu. Ədəbi jurnalların qapısı üzümə açıq oldu. Bu da o
sahədə fəaliyyət göstərən yaxşı insanların, yaradıcılığımı qiy-
mətləndirən gözəl sənət adamlarımızın obyektiv münasibətinin
nəticəsi idi.
Həmişə qulağıma çatan xoşagəlməz sözlər, adamı öz
gözündən belə
salmağa qadir olan şübhələr
–
kimsə kömək
edir, onunçun kimsə yazır və s.
–
məni təhqir edib. Kifayət de-
yilmi? Yəni mənə kömək edib «mənim üçün yazan» adam özü
üçün niyə belə şeir yaza bilmir? Özünə niyə bir gün ağlamır?
Zənnimcə, indiki halda mənə ən böyük kömək 20
il mənzil
növbəsində durduğum halda, hələ də mənzilə olan ehtiyacımın
ödənilməməsinə laqeyd münasibətin ortadan qalxması olardı.
Yaradıcılığımda isə həmişə bir olan Allahın köməyinə
arxalanmışam.
– ġeirinizin birində «Yenə it günündən boylanır ömür,
illər yaĢım üstə gəlmir yaĢ kimi» yazırsınız. Ömrün bu
çağında necə, yenəmi yaĢ üstünə yaĢ gəlmir?
–
Bu şeirin yazılma tarixi elə də uzaq deyil, 2005-ci ildə
yazılıb. O iki misranın nəticəsi var. İllər yaşım üstdə bəs nə
kimi gəlir? Orda açılır. «Yüklənib gedirəm ömrü daş kimi» Bəs
daş kimi, niyə? Daş
Dostları ilə paylaş: