Seçilmiş əsərləri X 145
qarşılamışdı. Qızının sevgi şeirləri onu həm də hövsələdən çı-
xarmışdı. «On il bircə dənə də olsun, «4» qiymət almamışdım».
Kamal atestatı alanda isə bir dörd yazıb qızın medalını gümüşə
endirdilər. «Təsəvvür edin ki, medal almağım da təhsilimə
əngəl yaratmışdı. Medalsız abituriyentlərin hamısı attestatlarını
alıb sənədlərini instituta verdi, mən isə medala görə attestat ala
bilmədim. (O vaxt gözləyirdilər ki, validleyn gəlib müəyyən
adamların cibinə pul qoysun). Qardaşımla gəlib nazirliyə çıx-
dıq. Kənd uşağı, birinci dəfədir ki, şəhərə gəlirdim. Ta o vaxta
qədər attestatı vermədilər ki, avqust başa çatdı, 31-i günü saat
5. Attestatı aldım, amma mənim ali məktəbə sənəd vermək
imkanım olmadı. Quba tibb məktəbində məni təbərrük kimi
qarşıladılar. Medallı tələbə bu texnikumun tarixində ilk və
yeganə hadisə idi. Məni hamı sevir və qiymətləndirirdi.
Sonra ali təhsil illəri gələcəkdi.
Bir qədər də keçəcək, nəhayət ki, ilk kitabı çapdan
çıxacaq. Atası sevinirdi. Nə vaxtsa qəlbinə dəydiyini, şeirlər
yazılmış kağızları cırıb ayaqları altına səpələdiyini, ona «Oxu-
mayacaqsan» deyə verdiyi əmrini də unutmuşdu. Hələ təzə
rəng iyi verən kitabı götürüb bir xeyli baxdı. Atasının üz-gö-
zündəki sevinci ancaq ilk nəvəsi dünyaya gələn babanın sevinci
ilə müqayisə etmək olardı. Sonra soruşdu ki, yenədəmi kitabın
çıxacaq? Onda 1973-cü il idi. Firuzə Məmmədlinin ikinci kita-
bı 1978-ci ildə çapdan çıxdı. Və iki kitabın arasındakı məsafə-
nin bu qədər uzun çəkməsinin səbəblərindən biri də müəllifin
qadın olması idi. İnanılası deyil, amma günü bu gün qadın ol-
masının əziyyətini çəkənlər var cəmiyyətimizdə.
– Mən özümdən çox başqasının dərdini yaşamışam, ki-
minsə bir kədərini içimdən keçirdimmi, özümküləşdirib qələmə
almışam. Mən daxilimdəki kiminsə dərdinin «mən»indən çıxış
etmişəm. Deyirlər, şairlər sadist olur, öz dərdlərini oxucuya
yükləyirlər. Yox, şair insana dərd yükləmir. Əksinə, şair axı öz
dərdini yaşamır. Öz dərdindən çıxış etmək şairlik deyil. Bir də