Фирузя мяммядли


– Firuzə Məmmədli elə vətənpərvər bir yazıçıdı ki, gə-



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə32/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   28   29   30   31   32   33   34   35   ...   321
– Firuzə Məmmədli elə vətənpərvər bir yazıçıdı ki, gə-
rək türkün ruhunu erməni cisminə calamayaydı. 
Razılaşmırıq və mübahisəmiz davam edir. Əsərin onun 
olduğunu bilməmişdim. Mən onu daha çox şair kimi tanıyıram: 
– Mən doğuldum həsrətlərin çölündə, 
Məni pay tək dilənənmi var idi? 
Allah bilir niyə mənim cildimdə 
Diriltmişdi neçə-neçə şahidi... 


Seçilmiş əsərləri X 
143 
bir ömrün yox, neçə-neçə ömrün, qalaq-qalaq illərin 
şahidlərinin ruhu cəmlənmiş Fİruzə Məmmədli yaradıcılığı 
başdan-ayağa elə bu cəmlərin həsrətinə, ağrısına, sevgisinə 
köklənibmiş. Onun poeziyası da, nəsri də beləcə adamı alıb 
ruhlar aləminə aparır. Qisas alan, hönkürən, yarımçıq qalmış 
nakam taleyi, arzuları üçün göynəyən duyğuların toplandığı 
məkana... 
– Məni həyatda daha çox əlamətlər idarə edib. Mən 
yaradıcılığımda ruhlardan yazıram və «Mən ruhları görürəm» 
deyirəmsə, bu kiməsə absurd kimi görünməsin. Yaradıcılığımla 
tanış olan, hətta az da olsa, poeziyamı və nəsrimi mütaliə edən-
lər bunu özləri də hiss etdiklərini deyirlər. Oğlanın ruhunun 
qızın bədəninə hopduğunu yazıram. Mən öz bədənimdə başqa 
bir ruhun yaşadığını görürəm və mən ruhumun bədənimdən 
ayrılıb getdiyinin dəfələrlə şahidi olmuşam. Anamı çox erkən 
itirmişəm və anamı itirəndən sonra məndə qəribə hisslər oya-
nıb. Bir-iki yaş da böyüyəndən sonra elə bilmişəm ki, anamın 
ruhu mənim cismimə köçüb. İndinin özünə qədər hara getsəm, 
anamı yanımda hiss edirəm. 
– Dünyanın rənglərini ağ və qaranın statik durumun-
da qbul etmək olmaz. Bu, aləmə metafizik baxıĢdır. Sizin 
fikrinizcə bu doğrudurmu? 
– Mən deyirəm ki, dünyanın rəngləri ağla qaranın qovuş-
masıdır. Bu qovuşma mühitində rənglərin işıq və qaranlıq, 
müsbət və mənfi qütbləşmələrinə məxsus mübarizə durur. Nəti-
cədə həmişə ağ, yəni işıq qalib gəlir. Ağ rəng özü də yeddi 
rəngdən ibarətdir. Yeddi rəngin verdiyi enerji qaranın – yəni 
qaranlığın, yəni mənfinin enerjisindən yeddi dəfə çoxdur. Ona 
görə də çoxluq qalib gəlir. Bəs dünyanın müvazinəti necə ba-
lanslaşdırılır? Bəlkə qaranın enerjisi elə o yeddi rəngin enerji 
toplumuna bərabərdir. Görünür, bununla razılaşmalı olacağıq 
ki, ağın yeddi rənginin enerji toplumu qaranın enerjisinə bəra-
bər olduqda mübarizə, çaxnaşma endomik (daxili) xarakterlə 
məhdudlaşır. Balans pozulduqda mübarizə birinin üstünlüyü 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin