Firuzə Məmmədli 144
şəraitində qlobal xarakter alır. Və kataklizmlər də belə hallarda
peyda olur. Kataklizm planetin, materiyanın insanlara qarşı
etirazı, onlara Allah tərəfindən göndərilən qulaqburmasıdır. Bu
hələ ki, xəbərdarlıqdır. Qiyamət deyil. Yəni, özünə gəl, ey in-
san adı daşıyan Adəm övladı. Sən qiyamətin (məhşərin) qapı-
sındasan. Və ağıllı adamlar (peyğəmbərlər belə hallarda peyda
olur) ağ rəngin (işığın) tərəfində durub, ya tarazlığa, ya da ağın
üstünlüyünə nail olurlar. O da Allahın köməyi ilə. Zira pey-
ğəmbərləri, ağıllıları Allah özü seçir.
Təki şeytana satılmayasan. Qara rəngi qəbul et, amma
onun tərəfində durma.
– Bəs, qara – rənglərin ağıdır? – «İnanmırsan, kəfənə bax» eləmi? Doğrudan da ölünü nə
üçün qara yox, ağ parçaya bükür müsəlmançılıq? Bəs bu nədir?
Ölümə etiraz, yoxsa haqq dünyanın rəmzi ifadəsi? Yəni Haqq
dünya yeddi rəngin qovuşuğunda peyda olur. İnsanın ikinci
həyatı, yəni astral bədən rənglərin harmoniyasında rəngsizləşir.
Heç kimin olmayan, lakin kiməsə qədərlənəcək günə kimi özü-
nün rəngsiz, duyğusuz enerji kütləsinə çevrilir. Bu kütlədə
müsbət-mənfi qütbləşməsi yoxdur. İşıq-qaranlıq cəbhələşməsi
yoxdur. Bu qütbləşmə, bu cəbhələşmə materiyaya məxsusdur.
Astral bədən-ruh-enerji isə materiya deyil. O gözlə görünmür.
Ona təmas etmək mümkün deyil. Fəhmlə, duyğu ilə də dərko-
lunmazdır. Ta ki, insan beynində bu informasiyanın qapalı və-
ziyyətdə saxlanılan mərkəzinə lazımi siqnal çatmayınca.
...Orta məktəbi qızıl medalla bitirəcəkdi. Atası axırıncı
imtahanda məktəb direktoruna qəti tapşırıq verdi; o medal al-
mamalıdır! Medal alsa, ali məktəb eşqinə düşəcək. Səbəb – bir
tərəfdən də valideynin dindar olmasındaydı. Onun fikrincə qız
nədi, ali təhsil aldı, nədi?! Kim bilə, bəlkə də belə deyildi. Oxu-
mağın minbir qayğısı idi kişini qorxudan. O da ola qız uşağı...
Bir il əvvəl şeirləri atasının əlinə keçmişdi və ona şeir
yazmağı qadağan etmişdi. Atası qorxurdu ki, Fİruzə şair olar.
Özü qələm sahibi olsa da, qızın şeir yazmasını bədbəxtlik kimi