Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə35/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   31   32   33   34   35   36   37   38   ...   321
Firuzə Məmmədli 
146 
ki, tale şairi elə döyür ki, ona dərdin hər üzü tanış olur. Nəti-
cədə yazılan şeirlər ümumi dərdin ifadəçisinə çevrilir. 
– Onda siz Hüseyn Arifi Ģair hesab eləmirsiz? 
Hüseyn Arif heç şübhəsiz ki, milli poeziyamızın qüd-
rətli şairlərindəndir. Onun oğlu Arifin faciəli surətdə həlak ol-
masına həsr etdiyi şeirlər fərdi hisslərdən çıxış olsa da, burada 
övlad itkisinin ümumiləşmiş motivləri çox güclüdür. Mən o 
ölümlü şeirləri Hüseyn Arifin oğlunun ölümünə həsr olunmuş 
yazılar kimi qəbul etmirəm. O şeirlər bütün oğlu ölənlər üçün 
bir təsəllidir. Dərd gözünün yaşını qurudanlar üçün ağıdır o 
şeirlər. Şair yükləmək üçün yox, oxucu ilə həmdərd olmaq 
üçün yazır. Bəs ağılar niyə söylənir? Bəyəm sadizmdən yazılıb 
onlar? Şeir sırf fərdiyyət deyil, əgər fərdiyyətdən çıxış edirsən-
sə, bu artıq geyşalıqdır. Bu gün Azərbaycanda geyşalıq geniş 
yayılıb. Bu saat üstünə şair adı götürən elə qadınlar var ki, bu 
işlə məşğuldur: fərdi duyğuların şıltaq ifadəsi, yersiz sızıltılar 
və tək-tək şəxsləri əyləndirmək meyilləri... Budur geyşalıq. 
Bəlkə mən haqlı deyiləm?! 
– O baxımdan Məhsəti necə görünür? 
– Məhsətini tarix boyu damğalayıblar və sağlığında da 
daş-qalaq ediblər. Mən bir məqaləmdə də yazmışam ki, Məhsə-
tiyə belə yanaşmaq olmaz. Məhsətinin məhz öz şeirlərindən çı-
xış edərək yazmışam. Min il ərzində Məhsəti yaradıcılığına 
düzgün yanaşılmayıb. Onu şəhrəşub şeiri yazan şairə kimi də-
yərləndiriblər. Axı qadın da sevgidən yazmalıdı, ya yox?! Qa-
dına heyranlıqdan yazmaq olmaz, kişiyə məhəbbətdən yazmaq 
olmaz. Qadındır deyə, şairə məhəbbətdən yazmaq qadağan 
olunmalıdı? Məhsəti ictimai fikrini də sevgi şeirlərində deyirdi, 
həmin şeirlərində özünün bədii tapıntılarını verirdi. Görün 
dərzi oğlana nə deyir: «Sənin barmağında üzük olaydım, hər 
dəfə sən sapı kəsəndə dodaqlarına toxunaydım». Aydındı ki, 
sapı dişlə qırırlar və bu zaman şəhadət barmağa taxılmış üzük 
hökmən dodaqlara toxunur. Məhsətidə belə tapıntılar bəs de-
yincədir. Məhsəti Gəncəvinin xalqın sosial-ictimai durumuna 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin