Firuzə Məmmədli
132
LAP QISA
(hekayə)
Nəcəf kişi dedi ki, mən akademikə səs verəcəyəm, - Na-
zim müəllimə.
Əlişka (oğul) dedi ki, mən İnam bəyə səs verəcəyəm.
Təriş (gəlin) dedi ki, Ehtiram müəllimə səs verəcəyəm.
Sadəgül (Nəcəf kişinin arvadı) dedi ki, mən Prezidentə səs
verəcəyəm.
Neyləyəsən, demokratiyadı. Ailədə hərənin öz mövqeyi
ola bilər. Amma Sadəgül xala hələ
orta məktəbdə oxuyandan
Nəcəfin gözünün odunu almışdı. Odur ki, Nəcəf kişi arvadına
xoruzlana bilmirdi. Amma yenə də soruşmağı özünə borc bildi:
– Axı, niyə hərəmiz bir namizədə səs veririk? Olmaz ki,
elə hamamız Nazim müəllimə səs verək?!
Kişi söz verib ki,
prezident olsa, gənclərin ailə qurmasına kömək məqsədilə hər
ailəyə iyirmi beş min manat pul verəcək.
Əlişka dedi ki, dədə, bizdə
daha evlənməli gənc yoxdu
axı. Əsas mənzil məsələsidi. İnam bəy ailəli gənclərə mənzil
vəd edir. Təriş tələsik yerindən qımıldandı ki, bəs Ehtiram mü-
əllim də xaricə gediş-gəlişi vizasız edəcək, əgər prezident olsa.
Əlişka Tərişə tərs-tərs baxanda tələsik əlavə etdi ki, nədi,
tez-tez gedib xaricdən mal gətirərsən, «Super market» açarsan.
Daha işsizlikdən barmaqlarını şaqqıldatmazsan.
Bu sözlərdən sonra Əlişka bir
balaca sakitləşdi və arva-
dından arxayın oldu.
Sadəgül xala bütün bunları bir qədər narazı sima ilə dinlə-
yib məruzəsinə başladı.
Əvvəlcə əlbəttə ki, rəqiblərin ümidlə-
rinin absurd olduğunu onlara sübut etməli idi. Sadəgül xala ye-
ni sözlərin xiridarı idi və şükür ki, Yenidənqurma dövrü onun
bu ehtiyacını geninə-boluna ödəyirdi. «Absurd» sözünü
isə təzə
mənimsəmişdi. Odur ki, dedi: «Absurd fikirlərə qulluq edirsi-