Seçilmiş əsərləri X
127
YALAN DÜNYALARDAN
GERÇƏK NĠDALAR
I nida
İnanmışam ki, insanlar əksər
hallarda nə etdiklərini bil-
mir. Hə, inanmışam ona da ki, hər kəs özünə kənardan baxmaq
və necə təsirə malik olduğunu bilmək arzusundadır. Buna görə
də onlara özlərini olduğu kimi göstərən lazımdır. Yaxşı və pis
cəhətləri ilə. İnanmışam ki, hər kəs özündə olan nöqsanı düzəlt-
mək istər. Sadəcə o adama nöqsanını
izah etmək, başa salmaq
lazımdır. Yazdıqlarımın mayasında bu durur. Bəzən sərt, bəzən
kinayə ilə, bəzən də giley-güzar şəklində. Bir də ona inanmışam
ki, harda və kimə qarşı bir haqsızlıq, ədalətsizlik, zülm olunub-
sa, o adam mənim özüməm. Çünki mən ondan daha artıq hiss
edirəm bu ağrını. Və bütün bu qeyri-normal vəziyyətlərə nəza-
rət, onları düzəltməyə cəhd şairlərin üzərinə düşür. Şair söz or-
dusunun sərkərdəsidir. Harda tarazlıq
pozularsa, ordusunu ora
yönəltməlidir. Böyük Füzuli əbəs yerə deməyibdir ki, «Padşahi
mülk
dinarü dirhəm rüşvət verib, Fəthi-kişvər qılmağa eylər
mühəyya ləşkəri,» (Mən isə söz ordumla fəth edirəm ölkələri)
lakin burada söhbət ədalətsizliyə qarşı susa bilməməkdən gedir.
II nida
Yaxşı hesab etmək olardı, əgər hesab etdiyin yaxşıdırsa...
Nəyi ki,
rədd edirik, bizə çox yaxın olur, çünki rədd edilənin
cazibəsi get-gedə güclənir. Heç bilmirsən o, enerjini hardan alır.
Hər şey hisslərinin qənaətinə ayırdığın vaxtın
içində əri-
yib gedir. Belə ki, vaxt səndən apardığını birdəfəlik aparır.
Vaxtın geriyə yolu yoxdur. Dəstəyindən tutub özünə tərəf çək-
diyin qapını ya açırsan, ya örtürsən. O, sənin qapının hansı