Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə18/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   14   15   16   17   18   19   20   21   ...   321
Seçilmiş əsərləri X 
123 
mizdə keçirilən poeziya festifalları və müsabiqələrinin qalibi 
kimi ədəbi mükafatlara layiq görüldüm. Şeirlərimdən nümunə-
lər ingilis (Amerikada), rus, Ukrayna, türk, özbək, gürcü, fars, 
fransız dillərinə tərcümə olundu. Özüm də rus, özbək, türk, ta-
cik və fars dillərindən bədii tərcümələr etdim. 
1998-ci ildə Tanrı mənə Həcc ziyarəti nəsib etdi.
2008-ci ildə bir illik prezident təqaüdçüsıı oldum.
2012-ci ildə “Tərəqqi” medalı ilə, 2017-ci ildə “Qızıl 
kəlmə” mükafatı ilə təltif edildim. 
Daha bundan o yana nə edə bilərdim. Nə bacardımsa, 
əsirgəmədim. Bacardığım isə sən demə elə bunlarmış... 
 
2018
 


Firuzə Məmmədli 
124 
 
ĠKĠ MAHNI 
(esse) 
 
İki mahnı haqqında danışmaq istəyirəm: iki «Sevgilim» 
mahnısı haqqında. Biri xalq mahnısı kimi məşhurdur. O birinin 
yaradıcıları – xalq şairimiz Süleyman Rüstəm və gözəl bəstə-
karımız C.Cahangirovdur. 
Bu musiqi sözsüz də öz sözünü deyə bilərdi. Bu müğənni 
(İlhamə Quliyeva) bu mahnının səsində, sözündə yanan, qıvrı-
lan, naləsi ərşə dirək olan səməndər quşuna bənzər: «Sevgilim, 
söyləmə vəfasız mənə...» Görəsən bu sözlər olmasaydı, səssiz, 
həzin bir duyğudan asta-asta oyanan, pillə-pillə həsrətin, yanğı-
nın zirvələrinə ucalan və ən yüksək pilldə «Səninçin gəlmişəm 
bu dünyaya mən», deyib, «Mənimçün yaradıb yaradan səni» 
qənaəti ilə təsəlliyə doğru meyllənən giley dolu, həsrət dolu, 
vəfa, etibar dolu fəryad bəstəkarın fikrindən, qəlbindən, gözün-
dən barmaqlarına necə yol tapar, piaonun dillərində necə əks-səda 
verər, nota necə köçürülərdi?! 
Görəsən həsrətli bir aşiqin həzin duyğularının ifadəçisinə, 
həmdəminə, təsəllisinə, ümidinə çevrilən bu həzin musiqi olma-
saydı, hamıya, hər kəsə doğma olan, tanış olan, hamının, hər 
kəsin ürək simlərində oxunan bu şeir müğənni ifasında necə 
səslənər, minlərin, milyonların qəlbinə necə yol tapardı?! 
Sevginin özü qədər cazibədardır, müəmmalıdır bu suallar. 
Bu suallar cavab istəməz, bu sualların fəlsəfi mühakimələrə eh-
tiyacı yoxdur. Dünyanın əzəlindən başlayıb sonuna qədər onu 
mənalandıran, şirinləşdirən, acısına, əzabına, dözülməzliyinə 
belə cazibə verən bir qüvvənin sehri-sədasıdır bu sualların ca-
vabı. İnsanda insanı kəşf edən, kəşf etdiyindən heyrətə düşüb, 
heyrətinə vurulan batinin ancaq fəhmlə duyulan, qavranılan, 
hisslərə, duyğulara hopdurulan sehri-sədasıdır bu sualların ca-
vabı. Bizi bu qədər heyrətdə qoyan bütün varlığımızla, vücudu-
muzun ən xırda hüceyrəsi ilə eşitdiyimiz, duyduğumuz, içdiyi-



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin