Seçilmiş əsərləri X
125
miz melodiyanın keçib gəldiyi, sızıb gəldiyi milli qaynaqlardan,
etnik köklərdən, təpədən-dırnağa azərbaycanlı olan bir ruhun,
hissin tar yanğısına, ud pıçıltısına, saz cilvəsinə çevrilmiş yara-
dıcılıq anından soruş bu sualların cavabını.
Bu mahnı sevir, uzaq-uzaq ayrılıqlardan – məkanlardan,
zamanlardan sevir, gileylənir, təsəlli tapır və tərbiyə edir. Sev-
məyi tərbiyə edir; vətəni, eli-obanı, böyüyü-kiçiyi, adət-ənənəi,
kökə bağlılığı, doğmanı, yadı sevməyi, idealı sevməyi tərbiyə
edir. Düşmənini belə bağışlamağı tərbiyə edir bu mahnı. İnsaf-
mürüvət tərbiyə edir bu mahnı. Tərbiyə etməyi sevir bu mahnı...
Belə bir «Sevgilim» mahnısı da var; bu mahnı bəmdən
başlamır; bu mahnı öz qaynağını zildən götürür. Bu mahnıda
hicran yoxdur, həsrət yoxdur, ayrılıq təhlükəsi gözlənilmir. Bu-
rada sədaqət var, vəfa var, etibar var, «Sevgili yolunda candan
keçən» bir fədakarlıq var. Bu mahnının melodiyasındakı,
sözündəki sədaqət, vəfa, etibar eyhamları ilə, cəsarət, mərdlik
ritmləri ilə müğənni (Yaqut Abdullayeva) duyğularından dağ
seli kimi, gur şəlalə kimi axıb gələn, həzin bulaq kimi qaynayıb
titrəyən səsi və məğrur, cəsarətli, mərdanə görkəmi arasındakı
uyarlıq ürəyə yatır, qəlb oxşayır.
Bu mahnı da bizim kökümüzdür, soyumuzdur. Bu da bi-
zim kökümüzə, soyumuza bağlılığımızdır. Atamaza, anamıza,
ulu babamıza, Adəmə, Həvvaya məhəbbətimizdir. Dünyada
yaxşı nə varsa, ona məhəbbətimizdir. Yaradılışa, yaradana, ya-
şadana, duyana, anlayana məhəbbətimizdir. Həqiqət və ədalət
uğrundakı mübarizəmiz, bu mübarizədən doğan əzabımız-nəşə-
mişdir bu mahnı.
«Yolunda candan keçərəm, sevgilim,
Ay eşqimizə and içərəm, sevgilim.»
Yox, and içərəm ki, sevgi var. Bir dəfə yox, min dəfə, mil-
yon dəfə and içərəm ki, var sevgi, var məhəbbət. Bu hiss, bu
duyğu, bu bağlantı olmasaydı, ilahi, Dünya bir qara qəpiyə dəy-
məzdi.
|