Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə17/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   13   14   15   16   17   18   19   20   ...   321
Seçilmiş əsərləri X 
121 
Yenidən sözə tapınacağımız, sözə sığınacağımız, sözdən 
güc alacağımız gün uzaqda deyil. Bu gün ömrünü söz ömrünə 
calayan, gözünün nurunu söz işığına verən sənət adamlarımızın 
sözə sadiq olmalarına, sözə arxa durmalarına böyük ehtiyac 
vardır. Nə üçün «od çərşənbəsi» «su çərşənbəsi» kimi, bizə od 
qədər, su qədər gərəkli olan «söz bayramı» keçirməyək!? Qoy 
bu bayramda nağıllar deyilsin, dastanlardan tamaşalar göstəril-
sin, bayatılar, lətifələr baş alıb getsin. 
Sözümün canı: «Allah söz atımızı qanadlı, söz qanadımızı 
dözümlü, söz təbərrüklümüzü həmişə pak eləsin». 
«Söz» qəzetinə xeyir-dua, 1993 


Firuzə Məmmədli 
122 
 
 
BÜRCÜM, TALEYĠM 
(esse) 
Dünyaya vaxtındamı gəlmişdim, yoxsa, tələsmişdim. 
Bəlkə Oğlaq yox, Qoç bürcündə gəlməliydim. Nəydi məni çə-
kən dünya işığma? Borcum varmış sən demə. Bu dünya ilə 
haqq-hesabım, çək-çevirim varmış. Ona görə də Qoç bürcü 
məni götürmək istəmədi. Atdı, özündən əvvələ. Götürə də bil-
məzdi; ağır talelər Qoç bürcü üçün deyil. Düz də eləyir. Axı 
niyə verməlidir çiynini uğursuzların tale yükünə?! 
Giley-güzar olmadı ki, dediklərim? Məncə, yox. Çünki 
Oğlaq bürcü mənim bu dəcəl, küsəyən, kövrək, inam və etibar, 
ümid və sədaqət mücəssəməsi Oğlağın mənə elə bir tale bağış-
ladı ki, onun ağırlığı on o qədər olsaydı belə, bu xırdaca zəif və 
zəriflərə məxsus çiyinlərimi ondan əsirgəməzdim. Hər şeydən 
əvvəl şair taleyi verdi mənə, onun ardınca düşüb qarabaqara 
yürüyən alimlik, müəllimlik verdi mənə bu tale. Daha nə verə-
cəkdi ki! Bir adamın çəkəsəyi qızıl yükü bundan artıq olmaya-
caqdı ki. 
Dörd tərəfi təbii bulaqlarda güzgülənən, yamyaşıl orman-
ları köklü-köməkli, pirani palıd, vələs, qoz, armud, alma ağac-
larının sıxlığında kölgələnən saya evləri, yeganə küçəsi, təmiz 
qəlbli, saf təbiətli adamları olan bir kənddə - Xaçmaz rayonu-
nun Canaxır kəndində göz açdıın dünyaya. Orta məktəbi gü-
müş medalla, ali təhsili fərqlənmə diplomu ilə başa vurdum. İki 
il Naxçıvanın qaynar mühitində müəllim işləyib Bakıya – bitir-
diyim Azərbaycan Dövlət Pedoqoji İnstitutuna (indiki Univer-
sitet) qayıtdım. 1980-ci ildə namizədlik işi müdafiə edib, alim-
lik dərəcəsi aldım. İlk kitabımın adı «Gümüşü damla» (1973), 
çap olunan ilk şeirimin adı «Ay həkimi»dir (1963). O vaxtdan 
bəri 35 kitab. 
1 3 0
elmi və publisistik məqalə nəşr etdirdim. 
On cildlik «Seçilmiş əsərlərim» nəşr olundu. Xaricdə və ölkə-



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin