Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə168/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   164   165   166   167   168   169   170   171   ...   321
Сечилмиш ясярляри 
lX 
Onun arzusuna çata bilmədiyi də
 maraqlıdır.
On ildir ki,
 sizi görmürük. 
 
Sizi görmədiyimiz 
on ildir.
Aydın işdir ki, 
o yetimxana tərbiyəsi 
görmüşdür. 
 
Onun yetimxana tərbiyəsi gördüyü 
aydın 
işdir.
Birinci dəfə idi ki, Nina konsulxanaya 
gedirdi.
Ninanın konsulxanaya getdiyi
birinci dəfə 
idi.
Mübtəda 
budaq 
cümləsinin 
"budaq 
cümlə+baş cümlə+budaq cümlə" tipi də sadə 
cümləyə çevrilə bilən forması ilə eyni məzmunlu 
olduğundan bu iki konstruksiya arasında ekvi-
valentlik yarana bilir. Məsələn:
Ancaq indi
 o beş gün idi ki, 
qayıdıb gəlmişdi.

Ancaq indi onun qayıdıb gəldiyi 
beş gün idi.
Ümumiyyətlə, mübtəda budaq cümləli tabeli 
mürəkkəb cümlənin sadə cümləyə çevrilmiş 
forması ilə ekvivalentliyinə dair çoxlu nümunələr 
gətirmək olar:
Ona tapşırılmışdı ki, 
al-
manların 
mövqelərini 
sarsıtsın, 
onları 
bir 
dəfəlik geri oturtsun.
 
Ona 
almanların 
mövqelərini 
sarsıtmaq, 
onları 
birdəfəlik 
geri 
oturtmaq 
tapşırılmışdı.
 
Buradan aydın görünür ki, Buradan 
düşmənin neçə-


334 
Фирузя Мяммядли 
düşmənin 
neçə-neçə 
gəmisini məhv etmişik. 
 
 
neçə 
gəmisini 
məhv 
etdiyimiz 
aydın görünür.
 
Hər şeydən aydındır ki, 
hitlerçilərin 
aviasiyası 
xeyli 
itkiyə 
məruz 
qalmışdır.
 
Hitlerçilərin
 
aviasiyasının 
xeyli itkiyə məruz qaldığı
 
hər şeydən aydındır.
 
Yuxuma da girməzdi ki, 
mən müharibədə iştirak 
edəcəyəm.
 
Mənim 
müharibədə 
iştirak edəcəyim 
yuxuma 
da girməzdi. 
Heç təsəvvürümə gəlməzdi 
ki,
havalar belə soyuq 
keçəcək.
 
Havaların belə soyuq 
keçəcəyi
heç təsəvvürümə 
gəlməzdi. 
Yaxşı 
yadımdadır 
ki, 
dağların 
sübh 
küləyi 
əsməyə başlamışdı. 
 
Dağların sübh küləyinin 
əsməyə başlaması 
yaxşı 
yadımdadır.
Heç yadıma gəlmir ki
, biz 
səninlə 
harda 
görüşmüşük.
 
Bizim 
səninlə 
harda 
görüşdüyümüz
 
heç 
yadıma gəlmir. 
Məlum oldu ki, 
döyüşə 
düşmənin altı təyyarəsi 
girmişdir.
 
Döyüşə düşmənin altı 
təyyarəsinin girdiyi 
məlum 
oldu.
 
Yaxşı olardı ki, 
sən 
konsulxanadakı 
işini 
buraxaydın.
 
 
Sənin 
konsulxanadakı 
işini buraxmağın
yaxşı 
olardı.
 
Göz 
yaşını 
saxlaya 
Güllü müəllimin arxaya 


335 
Сечилмиш ясярляри 
lX 
bilmədiyi 
üçündür 
ki, 
Güllü müəllim arxaya 
çevrildi.
 
çevrilməsi
 
göz 
yaşın 
saxlaya bilmədiyindəndir. 
Mümkündürmü, 
məni 
mehman edəsən. 
 
Məni mehman etməyin 
mümkündürmü? 
Mübtəda 
budaq 
cümləsinin 
"budaq 
cümlə+baş cümlə" tipi də özünün çevrilmiş forması 
ilə ekvivalent ola bilir. Burada budaq cümlə daha 
çox 
-an, -ən 
şəkilçili feili sifət tərkibi kimi də 
formalaşır. Məsələn:
Kim buna inanmırsa,
 
sıradan çıxsın.
 
Buna inanmayan
sıradan 
çıxsın.
 
Bir dost ki
dost ilə hey 
nifaq eylər,
O demək düşmənlə ittifaq 
eylər! (N.Gəncəvi)
 
Dostla nifaq eyləyən
Düşmənlə ittifaq eyləyər.
 
Kim salsa dünyaya zülm 
bağını,
Deməli bağlar öz əl-
ayağını. 
(N.Gəncəvi)
 
Dünyaya zülm bağı salan 
öz əl-ayağını bağlar.
 
Xəbər budaq cümləsi 
ilə sadə cümlənin feil 
tərkibi ilə ifadə olunmuş xəbəri arasında da 


336 
Фирузя Мяммядли 
məzmun eyniliyi daha çox ekvivalent mahiyyət 
kəsb edir. Məsələn:
Mehdinin arzusu bu idi ki, 
gec-tez 
yenə 
də 
rəssamlığa qayıtsın.
 
Mehdinin arzusu 
gec-tez 
yenə 
də 
rəssamlığa 
qayıtmaq idi.
 
Onun Covannini səyahətə 
çıxarmaqda məqsədi bu 
idi ki, 
oğlana dədə-baba 
yurdunu göstərsin, doğma 
torpağı sevdirsin, ona 
bağlatsın.
 
Onun Covannini səyahətə 
çıxarmaqda 
məqsədi 
oğlana 
dədə-baba 
yurdunu 
göstərmək, 
doğma torpağı sevdirmək, 
ona bağlatmaq idi.
 
Kənd təsərrüfatı sahəsində 
başlıca vəzifə ondan ibarət 
idi 
ki, 
taxıl 
və 
heyvandarlıq məhsulları 
istiehsalı artırılsın.
 
Kənd təsərrüfatı sahəsində 
başlıca vəzifə
taxıl və 
heyvandarlıq məhsulları 
istehsalını artırmaq idi.
 
Nümunələrdən göründüyü kimi, budaq 
cümlənin xəbəri feilin əmr şəkli ilə ifadə 
olunduqda, həmin konstruksiyanın feli tərkibi 
məsdərlə formalaşır. Bu, forma müxtəlifliyi 
cümlələr arasındakı ümumi məzmun eyniliyinə 
mane ola bilmir.
Bu kateqoriyalarda ekvivalentlik mətndəki 
şəraitlə bağlıdır. Belə ki, xəbər budaq cümləsinin 
xəbəri feilin əmr şəkli ilə deyil, xəbər şəkli ilə ifadə 
olunduqda, budaq cümlə feili sifət tərkibinin 
məzmun planına uyğunlaşır. Məsələn:


337 
Сечилмиш ясярляри 
lX 
Bu yadetmə bəlkə də ona 
görədir ki, 
mənim babamı, 
nənəmi 
burada 
basdırmışdılar.
 
Bu yadetmə bəlkə də 
mənim babamı, nənəmi 
burada basdırdıqlarına 
görədir.
 
Tamamlıq budaq cümləsi 
əsasən feili xəbərli 
baş cümləni izah edir, tamamlayır.
Tamamlıq budaq cümləsində baş cümlənin 
xəbərindən asılı olaraq, budaq cümlənin tipləri 
əmələ gəlir. Xəbərin tələbinə uyğun olaraq 
tamamlıq budaq cümləsi ya vasitəsiz, ya da vasitəli 
olur. Tamamlıq budaq cümləsinin feli tərkiblərlə 
ifadə olunan tamamlıqla ekvivalentliyi də bundan 
asılıdır.
Həm baş, həm də budaq cümlənin xəbərinin 
ifadə olunduğu feil şəklindən asılı olmayaraq, əgər 
baş 
cümlənin 
xəbəri 
təsirli 
feillə 
ifadə 
olunmuşdursa, tamamlıq budaq cümləsi təsirlik hal 
şəkilçili feili sifət tərkibinin mənasına uyğunlaşır 
və onunla ekvivalent olur. Məsələn:
Ancaq yəqin bilirəm ki,
 o 
gün bu sözləri bir neçə 
dəfə təkrar etdim.
 
Ancaq 
o gün bu sözləri bir 
neçə dəfə təkrar etdiyimi 
yəqin bilirəm.
 
Görmüşəm ki, 
onlar ad-
san qazanıblar, xoşbəxt 
olublar.
 
Onların 
ad-san 
qazandıqlarını, 
xoşbəxt 
olduqlarını 
görmüşəm.
 
Qoca bilirdi ki, 
onların 
arası dəyib.
 
Qoca 
onların 
arasının 
dəydiyini
 
bilirdi.
 


338 
Фирузя Мяммядли 
Vasitəsiz tamamlıq budaq cümləsində baş 
cümlənin xəbəri felin xəbər şəkli, budaq cümlənin 
xəbəri isə əmr şəkli ilə ifadə olunur. Belə mürəkkəb 
cümlələrdə baş və budaq cümlənin xəbəri şəxsə 
görə müxtəlif olduqda, onlar feli isim tərkibinin 
əmələ gətirdiyi birləşmənin mənası ilə uyğunlaşır. 
Məsələn:
Elə istəyirdim ki, 
Gülər 
mənə 
yaxın 
gəlsin, 
halımı sorsun, desin, 
danışsın.
 
Gülərin 
mənə 
yaxın 
gəlməsini, 
halımı 
soruşmasını, deyib-danış-
masını
 istəyirdim. 
Ona görə də biz istəyirik 
ki, 
kütlə bizim fikrimizi 
aydın bilsin.
 
Ona görədə biz
kütlənin 
bizim 
fikrimizi 
aydın 
bilməsini 
istəyirik. 
Tamamlıq budaq cümləsinin bu tipi qəlib 
sözlərlə formalaşdıqda sadə cümləyə çevrilərkən 
qəlib sözün yerində işlənən feli tərkiblə ifadə 
olunmuş tamamlığın mənası tamamilə budaq 
cümlənin mənasına ekvivalent olur. Məsələn:
Onu da bilin ki, 
mən söz 
altında qalan oğullardan 
deyiləm.
 
Mənim söz altında qalan 
oğullardan olmadığımı 
da 
bilin. 
Vasitəli tamamlıq budaq cümləli tabeli 
mürəkkəb cümlələrin budaq cümlələri də feli 
tərkiblə ifadə olunmuş tamamlığın mənası ilə 


339 
Сечилмиш ясярляри 
lX 
uyğun olur. Bu uyğunluq mütləq səviyyədə 
olduqda, bu iki sintaktik konstruksiya məzmunca 
ekvivalent olur. Məsələn:
Dost ona deyərlər ki, 
sirr 
saxlayar, pərdə tutar.
 
Dost 
sirr saxlayana, pərdə 
tutana 
deyərlər. 
Qurban kişi hələ də ona 
inanmırdı ki, 
oğlu tələf 
olmuşdu.
 
Qurban kişi hələ də 
oğlunun tələf olduğuna 
i
nanmırdı. 
Təyin budaq cümləsini 
feili sifət tərkbi ilə 
yaxınlaşdıran cəhət onların hər ikisinin eyni 
qrammatik məna ifadə etməsindən ibarətdir.
Həm təyin budaq cümləsi, həm də feili sifət 
tərkibi ilə ifadə olunmuş təyin aid olduqları isimlə 
ifadə olunan hər hansı bir üzvü izah edir. Təyin 
budaq cümləsi mətn şəraitindən asılı olaraq əsas 
mənasına görə feli sifət tərkibinin bu və ya digəri 
ilə uyğun olur. Məsələn:
Elə adamlar gördüm ki, 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin