qarpız-
yarpız; at-ət; ot-od; düz-duz; iydə-iynə
və s.
Uşaqlar çalışmanı icra edib qurtardıqdan
sonra qalan vaxtdan istifadə edib, bizcə belə bir
əyləncəli izahat işi aparmaq olar:
«Görürsünüzmü, uşaqlar, sən demə, bircə səs
dəyişməsi ilə
qarpızı – yarpız, atı – ət, otu – od,
duzu – düz
və s. etmək olarmış. Lakin biz bunu
sözdə belə edə bilərik. Bəs işdə? İşdə
qarpızı –
yarpız
etmək olarmı? Əlbəttə yox! Niyə? Çünki
qarpız və yarpız tamam başqa-başqa məhsullardır.
Bundan başqa bunların hər biri xüsusi qaydada
hasilə gəlir. Məsələn, qarpızı bostanda əkmək,
becərmək, vaxtında alağını etmək, suvarmaq,
cürbəcür parazit və həşaratlardan qorumaq və
yetişdirmək lazımdır. Yarpız isə yabanı bitkidir.
Göyərti məhsuludur. Suyun içində, sahilə yaxın
yerlərdə bitir. Gözəl ətri, xoş görkəmi var. Bəzi
xörəklərdə, xüsusən dovğada işlənir.» Əlbəttə,
bunlara dair daha ətraflı məlumat da vermək olar.
Lakin, güman ki, uşaqlar o biri sözlərin təhlilini də
maraqla gözləyəcəklər. Buna görə də
at – ət
sözləri
üzərində izahat işinə keçmək lazımdır. Bəs işdə
atı
necə
ətə
çevirmək olar? sualına yəqin ki, uşaqlar
357
Сечилмиш ясярляри
lX
yer-yerdən müxtəlif cavablar verəcəklər. Ona görə
də onların təfəkküründə atın qoşqu heyvanı kimi
tarixi
rolu,
insanların
həyat
şəraitini
yüngülləşdirməkdə onların əvəzsiz dostu, mühari-
bələr tarixində fədakar yürüşləri barədə unudulmaz
təsəvvürlər aşılayan gözəl və səlis cümlələrlə
danışıb, «Doğurdanmı at ətini yeyirlər» sualını
aydınlaşdırmaq olar. Bəli, bəzi qədim tayfalar,
xalqlar atdan təkcə yuxarıdakı məqsədlə yox, həm
də qidalanma məqsədilə istifadə etmişlər. Atın südü
lap qədimdən xüsusi içki kimi içilmiş, hazırda onun
faydalılığı elmi cəhətdən əsaslandırılmışdır. At
südü ilə müalicə sanatoriyaları (qımız sana-
toriyaları) yaradılmışdır. Buradaca müəllim hazırda
atların qorunması, onları kəsməyin qadağan
olunması barədə məlumat verib, müqayisəli şəkildə
müharibənin törətdiyi ümumi fəlakətlər sırasında
insanların at əti yemək məcburiyyətində qalması
barədə kiçik epizodlar danışa bilər. Çalışmanın dərs
zamanı bu şəkildə davamı uşaqların zehnində
dərsin əsas məqsədinə dair təəssüratı poza bilər.
Lakin burada əmək məhsulları və əmək prosesləri
haqqında şagirdlərdə ilkin təsəvvür yaratmaq üçün
imkanların genişliyini nəzərə alıb bu işin davamını
əlavə məşğələlərə keçirmək olar.
Səs fərqləşməsi, onların yazıdakı qrafik
işarələrinə dair biliyin möhkəmləndirilməsi işi
savad
təliminin
ilkin
mərhələsində
vacib
problemlərdən biridir. Buna görə də sait və samit
|