Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə175/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   171   172   173   174   175   176   177   178   ...   321
Сечилмиш ясярляри 
lX 
müəyyənləşdirməyi öyrədən nümunələr təqdim 
olunur. Burada 
at, arı, ot, tor, gön, un
və s. kimi 
əmək vasitələri, kənd təsərrüfatı məhsulları və 
məişət əşyalarının adları verilmişdir. Bunların 
mənası izah edilərkən yaxşı olar ki, onların istehsal 
vasitəsi və ya qida məhsulu olması, onların əhə-
miyyəti, eləcə də məişətdəki yeri barədə uşaqlara 
ilkin məlumat verilsin. 
Qeyd etmək lazımdır ki, birinci sinfin ana dili 
kitabında fonem sisteminin mahiyyəti ilə bağlı bu 
tip nümunələr çoxdur. Yuxarıdakı fikrimizin 
təkrarına yol verməmək məqsədilə məsləhət 
görürük ki, uşaqları bu növ çalışmalar üzərində 
işlədərkən 
müəllim 
yuxarıdakı 
tövsiyyələri 
unutmasın. 
Kitabın 21-ci səhifəsində şagird həyatını əks 
etdirən üç şəkil verilmiş və şəkillərə dair cümlə 
qurulması təklif olunmuşdur. İlk baxışda belə 
təsəvvür oyanır ki, əməyə məhəbbət oyatmaq 
məqsədilə bu şəkillərlə bağlı heç bir müsahibə 
aparmaq olmaz. Lakin unutmamalı ki, əməyin 
növləri – fiziki və zehni əmək barədə biz 
yuxarıdakı mövzularda məlumat vermişdik. Bu 
mənada, şagirdlərin keçmiş biliyinə arxalanaraq, 
belə bir sualla onlara müraciət etmək olar: «Kim 
deyər – bu şəkillərdəki uşaqlar fiziki əməklə, yoxsa 
zehni əməklə məşğuldur?» Düzgün cavaba nail 
olandan sonra daha bir sual vermək olar: «Nə 
üçün?» Bu sualın cavabı uşaqları fiziki və zehni 


356 
Фирузя Мяммядли 
əməyin xarakteri üzərində düşünməyə və bunlara 
dair onlara çətin və maraqlı görünən süallarla 
müəllimə müraciət etməyə sövq edər. Burada isə 
biz fəallaşmanın ən sadə üsulla tətbiqinə nail olarıq. 
22 nömrəli çalışmada, səs fərqlərinin 
müəyyənləşdirilməsi tələb olunmuşdur: 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin