Сечилмиш ясярляри
lX
qədimliyi, faydalılığı haqqında qısaca məlumat
verilsin. «Gül dibçəkləri» birləşməsinin izahında
gül haqqında, yabanı, mədəni və dibçək gülləri ba-
rədə, gülçülük təsərrüfatları, peşələri barədə
şagirdlərin yaş psixologiyasına və dünyagörüşünə
uyğun tərzdə lirik ifadələrlə məlumat vermək
faydalıdır. Başqa bir çalışmadakı «maşın», «tə-
rəvəz» sözlərinin izahına, bunların leksik
arenasında aşkara çıxan peşələrlə bağlı sözlərin
(sürücü, traktorçu, kombayınçı, tərəvəz ustası və s.)
açıqlanmasına ehtiyac vardır. Kəndlilərin, tərəvəz
ustalarının (yeri gəlmişkən, «tərəvəz»ə nələr
daxildir? Pomidor, xiyar, kələm, badımcan, soğan,
lobya,
noxud,
göy-göyərti
və
s.)
xalq
təsərrüfatımızın inkişafında, iqtisadi qüdrətimizin
artırılmasındakı rolu, kənd təsərrüfatı maşınlarının
insanlara köməyi barədə qısa və təsirli bir üslubda,
valideyni kənd təsərrüfatında çalışan şagirdlərin
fəallaşdırılması yolu ilə məlumat vermək zəruri və
faydalıdır. Elə etmək lazımdır ki, ilk dəfə əlinə oxu
kitabı götürən balaca məktəbli oxu vərdişlərinə
yiyələnərkən kitabdakı sözlərin məna fərqinə
varmadan, sadəcə oxuyub keçməsin, hər sözün, hər
ifadənin
mənasını,
məqamını,
potensial
funksiyasını duymağa alışsın.
İlk gündən pedaqoji metodikanın şüurlu
mənimsəmə prinsipi baxımından tətbiq edilən bu
üsullar balaca məktəblilərin nəinki dünyagörüşünün
genişlənməsinə, onlarda əmək və əmək adamlarına
354
Фирузя Мяммядли
marağın artmasına, texnika ilə ilk tanışlığa kömək
edər, həm də mövzunun şüurlu mənimsənilməsi və
uzun müddət yadda saxlanılmasına kömək edər.
Əslində lüğət üzərində iş əməliyyatına daxil olan
bu məsələ şagirdin yetişdiyi mühit və onu əhatə
edən əmək sahələri ilə bağlı şəkildə öz şərhini
tapdıqda
tədris
prosesinin
aktivləşdirilməsi,
səviyyəcə yüksəlməsinə köməkçi vasitəyə çevrilir.
«Dostlar» mövzusunun öyrənilməsi, mövzu
ilə bağlı sualların tərtibi və müsahibə bu proses
zamanı şagirdlərə əmək sahələri barədə məlumat
vermək, onların əmək haqqındakı təsəvvürlərini
zənginləşdirmək üçün geniş imkanlara malikdir.
Belə ki, mətndə işlədilmiş «zavod», «fabrik»
sözləri üzərində təhlil işi məktəbli qız Xalidənin ata
və anasının fəhlə olmasını aşkara çıxarmağa imkan
verdiyi kimi, Xalidənin dostlarının onu yoluxmağa
gələndə gördükləri işlərlə (yemək hazırlamaq,
döşəməni süpürmək) əlaqədar sual-cavab balaca
qayğıkeşlərin evdə analarına necə kömək etməsi,
ümumiyyətlə bu işi könüllümü, yoxsa xüsusi
tələblərlə yerinə yetirdiklərini aydınlaşdırmağa şə-
rait yaradır. Beləliklə, mövzudan kənara çıxmadan
şagirdlərin sərbəst mühakimə yürütməsinə, mövzu
ilə bağlı təəssüratının genişləndirilməsinə köməkçi
vasitə kimi onlarla əmək mövzusunda müsahibə
aparmaq olar.
Bəzi çalışmalarda uşaqlara səs fərqləşməsi
mövzusu
ilə
bağlı
məna
dəyişikliklərini
|