359
Сечилмиш ясярляри
lX
kifayətlənməsin. Mətndə zəhmət işığı gələn yeganə
sözdən də istifadə edib, əməyə məhəbbət
aşılamaqla şagirdləri gələcəyin böyük quruculuq
işlərinə hazırlamaqda
ilk gündən qoyulan özül
daşının
möhkəmləndirilməsinə
köməyini
əsirgəməsin.
«Vətən» adlı qiraət materialında belə bir
cümlə verilmişdir: «Ölkəmizdə böyük dənizlər, iri
çaylar, geniş düzənliklər, qalın meşələr, uca dağlar,
ucsuz-bucaqsız səhralar var. Bol məhsullu tarlalar,
bağlar ölkəmizə yaraşıq verir».
Vətən haqqında uşaqların yaş psixologiyası
səviyyəsində verilən məlumatlar içərisində bu
cümlələr əmək tərbiyəsi baxımından
xüsusi izahat
tələb edir. Belə ki, Vətənin təbii relyef xü-
susiyyətini təsvir edən birinci cümlə şagirdlərdə
belə təsəvvür oyada bilər ki, dənizlər,
iri çaylar,
düzənliklər, qalın meşələr, uca dağlar, ucsuz-
bucaqsız səhralar insan qüvvəsi xaricində,
dəyişilməz qalmalıdır. Ümumiyyətlə,
təbiətin bu
nəhəng varlıqlarına insanın gücü çata bilərmi, insan
əli müdaxilə edə bilərmi? Belə bir sualdan sonra
əlbəttə ki, böyük dənizlərin iqtisadi əhəmiyyəti, iri
çayların enerji mənbəyi kimi rolu, qalın meşələrin
fauna və ən mühümü – atmosferanın təmizliyinin
qorunmasındakı yeri, hətta uca-uca dağların, ucsuz-
bucaqsız səhraların belə vətənimizin təbii sərvətləri
olması və bunlardan xalqımızın
mənafeyi naminə
istifadə, bu zaman sərf olunan əmək işinin şərəfli