363
Сечилмиш ясярляри
lX
bədii-publisistik bir dillə müqayisəsinə həsr olun-
muşdur. Burada
uçan xalça – təyyarə, özü yeriyən
çəkmə – avtomobil, sehrli güzgü – televizor
haqqında ən adi məlumatlara rast gəlirik. Yaxşı olar
ki, müəllim bu müqayisələri verərkən kiçik
haşiyələrlə insan təfəkkürünün uçan xalçadan
təyyarəyə, özü yeriyən çəkmədən avtomobilə və
sehrli güzgüdən televizora
keçdiyi yolu zehni və
fiziki əmək mövqeyindən işıqlandırsın. Bu zaman
uşaqların telefiziyada dəfələrlə tamaşa etdiyi mul-
tifilm və sənədli filmlərin xatırlanması və ya
baxmağı tövsiyə edilməsi yerinə düşər.
«Adamsız sex» adlı
bədii parçada başdan-
başa avtomatlaşdırılmış, robotlaşdırılmış sexdə
mürəkkəb qurğuların, maşın və mexanizmlərin
istehsalı prosesində insan əməyinin insanın bilik və
bacarığının
əhəmiyyəti
uşaqların
qavrama
səviyyəsində yaxşı təsvir olunmuşdur. Mətnin
tədrisi uşaqların
valideynlərinin iş yeri ilə
əlaqələndirilsə, nəticə daha effektli olar. Bu tövsiy-
yələr şagirdlərin əmək tərbiyəsində müsbət rol
oynayası «Metro», «Təyyarədə», «Mən də
yaradım», «Bizim kənd» mətnlərinin tədrisində də
nəzərə alınna bilər.
Ümumiyyətlə, heca nitqdə söz bölüşmələrini
müəyyən nizama, ahəngə, ritmə salan qaydadır.
Sözlərin heca bölümləri
zəngin intonasiya və ritm
taktlarına malikdir. İntonasiya və ritm isə lap
ibtidai icma dövründə, insan əlinin primitiv əmək