Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə187/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   183   184   185   186   187   188   189   190   ...   321
Сечилмиш ясярляри 
lX 
isə şagirdlərin sənaye müəssisəsi ilə əlaqə 
yaratmasından bəhs edir. Bu çalışma üzərindəki 
əməliyyat, həmçinin zavoddakı sənaye əməyinin 
xarakteri barəsində müəllimin kiçik müsahibəsi 
üçün imkan yaradır. 262 nömrəli çalışma 
«Bacarıqlı əllər» mövzusunun mətni üzrə şifahi işə 
həsr olunmuşdur. Burada kiçik yaşlı məktəblilərin 
dərnəkdə gördükləri işlər barəsində danışılır. 
Əlbəttə, mətnin axırında uşaqların gördükləri işin 
nəticəsinə dair – Onlar oyuncaqları nə edirlər? – 
sualı metodiki cəhətdən əhəmiyyətli sualdır. Lakin 
bu suala verilən – Onlar oyuncaqları uşaq bağça-
sına hədiyyə verirlər – cavabı uşaqların əməyinin 
nəticəsi barədə aydın təsəvvür yaratmır. Buna görə 
də müəllimin – Sizə belə hədiyyələr gətirirdilərmi? 
Siz onları nə edirdiniz? – sualları ilə uşaqlara 
müraciət edib, onların nisbətən yaxın keçmişə dair 
xoş xatirələrini oyatması məsləhətdir. Təbii ki, hər 
bir uşaq belə hədiyyəni alarkən sevinib, onunla 
oynamışdır. Şagird düşünəndə ki, onun düzəltdiyi 
oyuncaq da hansı bir körpəninsə sevincinə səbəb 
olacaq, buna sevinəcək və iftixar hissi duyacaq. 
Mümkündür ki, bağça dövründə şagird belə 
bir hadisə ilə qarşılaşmasın və bu barədə heç bir 
təsəvvürü olmasın. Belə olduqda, müəllim bağça 
uşaqlarının hədiyyədən necə sevindiyini ifadə edən 
cümlələrlə şagirdlərdə bu barədə aydın təsəvvür ya-
ratmalıdır. 


378 
Фирузя Мяммядли 
Məlum olduğu üzrə, 
sifətlər
əşyanın əlamət 
və keyfiyyətini müəyyənləşdirən sözlərdən ibarət 
olub, necə? Nə cür? Hansı? suallarına cavab verir. 
Əlamət və keyfiyyət ifadəçiləri olan sözlərin 
şagirdlərin əmək tərbiyəsi və peşə təsəvvürlərinin 
inkişafında rolu ola bilərmi? 
Bu barədə aydın təsəvvür əldə etmək üçün 
belə bir mətnə diqqət yetirək: 
«Kiçik Asifin atası həvəskar bağban idi. Asif 
həmişə atasının yanında olardı. O, bağda, dirrikdə 
yaxşı toxumlar, iri çəyirdəklər axtarırdı. Asifin 
atası kasıb idi. Balaca Asif işləyib, ona kömək 
edirdi. O, qəşəng bağ saldı. Bağda yaxşı meyvə 
ağacları calaq etdi. Ağaclarda iri, ətirli və dadlı 
meyvə yetişdi. Asif böyüyüb gözəl bağban oldu». 
Bu mətndə 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin