Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə184/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   180   181   182   183   184   185   186   187   ...   321
Фирузя Мяммядли 
bölməsində şagirdlər sözlərin quruluşu – kök və şə-
kilçilər və nitq hissələri ilə tanış olurlar. 
Sözün tərkibi, qrammatik söz qrupları barədə 
biliyin uşaqların əmək tərbiyəsi və peşə təsəvvürü 
ilə əlaqəsi ola bilərmi? Problemin elmi mahiyyəti 
şagirdlərin mənəvi-əxlaqi tərbiyəsində nə kimi rola 
malikdir? «Azərbaycan dili» (ikinci sinif) 
dərsliyində bu məqsədə xidmət üçün imkan varmı? 
Varsa, bu imkanlar nə dərəcədədir? 
Bu məsələlərin aydınlaşdırılması və elmi 
əsaslandırılması dərslikdə gedən materialların iki 
istiqamətdə araşdırılması zəruriyyəti yaradır. 
1) Elmi-nəzəri materialın peşə təsəvvürü, 
əmək tərbiyəsi istiqamətində təhlili. 
2) Praktik materialın peşə təsəvvürü, əmək 
tərbiyəsi istiqamətində təhlili. 
Bu iki istiqamət bir-birindən təcrid edilmiş 
şəkildə araşdırılmayıb, bir-birini tamamlayır, biri o 
birinə əsas, söykək olur. 
Məsələn, «sözün tərkibi» mövzusu kök və 
şəkilçi barədə uşaqlarda praktik dil vərdişi 
yaratmaq məqsədi daşıyan nümunələr, çalışmalarla 
zəngindir. Burada həyatın, məişət və təsərrüfat 
sahələrinin ən müxtəlif anlamları ilə bağlı sözlər 
vardır. Eyniköklü sözlər barədə nəzəri məlumatla 
əlaqədar verilən 110, 111, 112№-li çalışmalarda 
xalq təsərrüfatının ən müxtəlif sahələrinə dair əşya 
və hadisələri bildirən sözlərin kök və şəkilçiyə 
ayrılması tələb olunur. Təbii ki, müəllim eyniköklü 


373 
Сечилмиш ясярляри 
lX 
sözlər haqqında məlumatı əyani nümunələrlə 
təqdim edəcək. Bu zaman «bağ», «su», «çay», 
«üzüm», «dağ» kökləri əsasında yaranan 
bağban, 
bağça, bağlı, sulu, dağlı, üzümlük, üzümçü, çayçı, 
otlu, otlaq 
və s. kimi sözlərin mənasının izahı və 
kənd təsərrüfatı ilə bağlılığınının müxtəlif 
yozumlarda şərhi vacibdir. 
Kök və şəkilçi bölməsində isə uşaqları əmək 
və onun nəticələri ilə bağlı anlayışların adları, iş, 
hal, hərəkət, vəziyyət bildirən sözlər üzərində 
işlətmək olar. Bu zaman işi elə qurmaq lazımdır ki, 
adlardan əmələ gələn proses ifadəçiləri daha artıq 
dərəcədə peşə və əmək prosesləri haqqında 
informasiyaya malik sözlərdən ibarət olsun. 
Burada, əlbəttə ki, şagirdin yaşadığı regionla bağlı 
təsərrüfat, istehsalat anlamlı sözlərin seçilməsi 
məsləhətdir. Belə ki, kənd təsərrüfatı, bağçılıq və 
məişət əməyi ilə bağlı sözlərin verildiyi 
çalışmalarda sözlərin kök və şəkilçiyə ayrılması və 
tərkibinin təhlili tapşırılmışdır. Məktəbin yerləşdiyi 
regiondan 
və 
yaxınlıqdakı 
istehsalat 
müəssisəsindən, 
həmçinin 
sinfin 
valideyn 
kontingentinin peşə üstünlüyündən asılı olaraq, 
şagirdlərin müəyyən söz, onun quruluşu, mənası 
üzərində daha çox işlətmək məsləhətdir. Məs. neft
sənayesi müəssisələrinin yaxınlığında yerləşən 
yaşayış sahələrində, məlumdur ki, valideynlərin 
əksər qismi neftlə bağlı işlərdə işləyəcəklər. Buna 
görə də həmin regionda yerləşən məktəbdə «Kök 


374 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin